"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaradağ rayonu Sahil bələdiyyəsinin sədrini tanıyaq

--2018-09-09 / 16:45

Elçin Ələkbər oğlu Quliyev 10 sentyabr 1977-cı ildə Bakının Qaradağ rayonunda anadan olub.

Sahil qəsəbəsi 228 saylı məktəbi və “Müstəqil Azərbaycan” Universitetini bitirib.

Hərbi xidmətini Daxili Qoşunlarda keçirib və bir müddət polis orqanlarında xidmət edib.

Öz ərizəsiylə polis orqanlarından tərxis olunub.

Qaradağ RİH-in Mənzil-komunal təsərrüfatı sistemində işə başlayıb. Əvvəlcə MKİS-də mühəndis, sonra rəis vəzifəsində təyin edilib.

2014-cü ilin dekabrında ilk dəfə bələdiyyə seçkilərinə qatılıb, əvvəlcə bələdiyyə üzvü, 2015-ci ilin yanvarında Sahil bələdiyyəsinin sədri seçilib.

ŞƏRHLƏR