"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxurda ağacəkmə aksiyası keçirilib

--2019-01-12 / 11:05

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Bu barədə məlumat Qaraçuxur bələdiyyəsindən daxil olub.

Məlumatda bildirilir ki, Suraxanı rayonunda abadlıq və yaşıllaşdırma işləri uğurla davam etdirilir.

Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü və Qaraçuxur bələdiyyəsinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyasında bələdiyyənin üzvləri və qulluqçuları, habelə qəsəbə ərazisində yerləşən təşkilat və müsəsisələrin əməkdaşları iştirak edib.

Aksiya zamanı əvvəlcə ərazidə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş, sonra 500-dən artıq zeytun və sərv ağacı əkilərək digər aqrotexniki qulluq göstərlimişdir.

Qəsəbədə ağacəkmə aksiyasının davam etdiriləcəyi bildirilir.

Belediyye.info

ŞƏRHLƏR