"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur qəsəbəsində görülən tədbirlərdə bələdiyyəmizin işi nəzərə çarpacaq dərəcədədir

--2021-07-30 / 17:57

Oxucularımıza Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsinin 2021-ci ilin 6 ayı ərzində görülmüş quruculuq və abadlıq işlərinin hesabatını təqdim edirik.

Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası qısa bir dövr ərzində böyük irəliləyişlə dünyanın nüfuzlu ölkələri arasında öz layiq olduğu yeri tutmuşdur.

Ölkə Prezidentinin və birinci xanım Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti, ölkəmizin inkişafına, çiçəklənməsinə verdikləri mühüm töhfələr, sosial, humanitar sahələrdə gördükləri əhəmiyyətli, ölçüyəgəlməz işlər nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da çox böyük rəğbətlə qarşılanır, təqdir edilir.

Pandemiya ilə mübarizə çərçivəsində ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alınaraq xüsusi karantin rejimi tədbiq edilmiş və qaydalar müəyyən olunmuşdur.

Odur ki, xüsusi karantin rejimi qaydalarına əməl edilməsi üçün əhalinin sağlamlığının qorunması məqsədilə karantin müddətində mütəmadi olaraq bələdiyyənin əməkdaşları tərəfindən inzibati ərazidə yaşayan sakinlərimizlə koronavirusa yoluxma riskinin azaldılması ilə bağlı maarifləndirmə işləri aparılmışdır.

2021-ci ilin altı ayı ərzində Qaraçuxur Bələdiyyəsinin 7 ümumi iclası keçirilmişdir. İclasların gündəliyinə 18 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2021-ci ilin altı ayı ərzində Qaraçuxur bələdiyyəsinin gördüyü işlərin hesabatını diqqətinizə çatdırmaq istərdim.

  1. Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi qəsəbə qəbrstanlığının üst hissəsində yolun asfalt olunması;
  2. Qaraçuxur qəsəbəsi “Şəhidlər Bulağı” kompleksində vaxtaşırı quru otlar biçilir kol-kosun təmizlənməsi və yaşıllıq sahənin gündəlik suvarılması;
  3. Qaraçuxur qəsəbəsi, məhəllə 4048 ünvanında yerləşən 1 saylı evin qarşısında təhlükə yaradan 2 ədəd Qovaq ağacı (d=28-52sm) köküstə tam quruduğu üçün üçün ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyindən daxil olmuş 10.02.2021-ci il tarixli 22/323 saylı məktubduna istinad edərək ağacın götürülməsi;
  4. Yeni Günəşli yaşayış sahəsi Şəhid Abbas Fətullayev küçəsində piyadalar üçün olan səkinin asfaltlanması;
  5. Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” parkda gündəlik təmizlik işləri aparılır. Parkda 300 kv.m ərazidə quru otlar biçilir kol-kos təmizlənir,yaşıllıq sahəsi vaxtaşırı suvarılır;
  6. Qaraçuxur qəsəbəsi və Yeni Günəşli ərazisində lüzumsuz reklam və elanların yığışdırılıb təmizlənməsi;
  7. Yeni Günəşli “Oriqami” uşaq reablitasiya mərkəzindən Köhnə Günəşli istiqamətinə gedən yolda piyadalar üçün olan səkinin asfaltlanması;
  8. Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsi mərkəzi yol boyu 200 kv.m hissəyə qazon döşənməklə yaşıllıqlara aqrotexniki qulluq, biçilməsi, suvarılması;
  9. Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi 2704 küçəsi 155S saylı evin qarşısında yerləşən təhlükə yaradan 1 ədəd Söyüd ağacı (d=52sm, h=6m) köküstə tam quruduğu üçün ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyindən daxil olmuş 11.03.2021-ci il tarixli 22/536 saylı məktubduna istinad edərək ağacın götürülməsi
  10. Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində asfalt örtüyün çəkilməsi;
  11. Suraxanı rayonu, Samir Cəfərov küçəsi 12 ünvanında yerləşən yaşayış binasının arxa tərəfində təhlükə yaradan 1 ədəd İydə ağacı (d=28sm) köküstə tam quruduğu üçün ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyindən daxil olmuş 07.05.2021-ci il tarixli 22/1148 saylı məktubduna istinad edərək ağacın götürülməsi;
  12. Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində 466 kv.m piyadalar üçün olan səkinin asfaltlanması;
  13. Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi bina 13-ün arxasında 200 kv.m ərazidə quru otlar biçilmiş kol-kosdan təmizlənmişdir;
  14. Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsində məhəllədaxili yolun istifadəyə yararsız olan hissəsinin asfaltlanması;
  15. Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində (Uşaq parkı) mexanizimdən istifadə edərək təmizlik işlərinin aparılması, parkda 500 kv.m ərazidə quru otlar biçilir kol-kosun təmizlənməsi və yaşıllıq sahənin vaxtaşırı suvarıması;
  16. Ahıl, kimsəsiz, əlil, məcburi köçkün olan 10 yaxın vətəndaşlara maddi yardım edilməsi;
  17. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi 5 ünvanda 1 ədəd Tut ağacının (d=36sm, h=5-6m) bioloji inkişaf dövrünü başa vuraraq köküstə tam quruduğu üçün ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyindən daxil olmuş 24.06.2021-ci il tarixli 22/1716 saylı məktubduna istinad edərək ağacın götürülməsi;
  18. Qaraçuxur qəsəbəsi “Vətən Şəhidləri Unudulmur” abidə parkının qarşısında abadlıq və quruculuq işlərinin aparılması;

Bələdiyyələr yerli özünüidarəetmə orqanı olduğu üçün onların büdcəsi əsasən əhalidən yığılan yerli vergilər və rüsumdan formalaşır.

2021-ci ilin altı ayı ərzində avtomobil dayanacaqları üçün ödəniş rüsumunun yığımında problemlərimiz hələ də qalmaqdadır.

Xatırlatmaq istəyirəm ki, hesabat ilində bələdiyyənin ehtiyat torpaq fondunun və perspektiv inkişaf üçün torpaq sahəsinin olmaması səbəbindən torpaq növbəliliyinə qeydiyyata götürülmüş vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamış eləcə də Bakı şəhərində bələdiyyə torpaqlarının hərrac və müsabiqəsi keçirilmədiyi üçün vətəndaşların qeyri rəsmi istifadə etdiyi bələdiyyə torpaqlarının sənədləşdirilməsi aparılmamışdır.

Hesab edirəm ki, bugün qəsəbəmizdə abadlıq və quruculuq sahəsində görülən tədbirlərdə bələdiyyəmizin işi nəzərə çarpacaq dərəcədədir.

Bir daha Sizləri əmin edirəm ki, Qaraçuxur bələdiyyəsi ərazidə olan yerli problemlərin həllində qəsəbəmizdə fəalliyyət göstərən idarə və təşkilatların, xidmət sahələrinin işinin təşkilində yaxından köməklik göstərəcəyik.

Ixtiyar Nəcəfov

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR