"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsinin sədri üçün özəl gün

--2018-04-18 / 03:24

Nəcəfov İxtiyar Ağaqulu oğlu 18 aprel 1968-ci ildə Zəngəzur Mahalının Sisiyan rayonunda ziyalı ailəsində anadan olub.

1984-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib.

1986 -1988-ci illərdə əsgəri xidmətdə olub.

1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Uçot- iqtisad” fakultəsini  “iqtisadçı” ixtisası üzrə bitirib.

1991-1999-cu illərdə “Azadlıq” və “Günaydın” qəzetlərində ixtisası üzrə çalışıb.

1999-cu ildə ilk bələdiyyə seçkilərinə qatılıb və üzv seçilib.

2004, 2009 və 2014-cü ildə yenidən bələdiyyə seçkilərinə qatılaraq üzv seçilib.

2014-cü ilin aprelinə kimi komissiya sədri, o müddətdən sonra sədr müavini, 2015-ci ilin yanvarından isə bələdiyyə sədri vəzifəsinə seçilib.

Bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.

Ailəlidir, iki oğlu və bir qızı var.

 

 

ŞƏRHLƏR