"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsinin sədri üçün özəl gün

--2021-04-18 / 05:26

Nəcəfov İxtiyar Ağaqulu oğlu 18 aprel 1968-ci ildə Zəngəzur Mahalının Sisiyan rayonunda ziyalı ailəsində anadan olub.

1984-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib.

1986 -1988-ci illərdə əsgəri xidmətdə olub.

1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Uçot- iqtisad” fakultəsini  “iqtisadçı” ixtisası üzrə bitirib.

1991-1999-cu illərdə “Azadlıq” və “Günaydın” qəzetlərində ixtisası üzrə çalışıb.

1999-cu ildə ilk bələdiyyə seçkilərinə qatılıb və üzv seçilib.

2004, 2009 və 2014-cü ildə yenidən bələdiyyə seçkilərinə qatılaraq üzv seçilib.

2014-cü ilin aprelinə kimi komissiya sədri, o müddətdən sonra sədr müavini, 2015-ci ilin yanvarından isə bələdiyyə sədri vəzifəsinə seçilib.

Bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.

Ailəlidir, iki oğlu və bir qızı var.

P.S. Belediyye.info kollektivi olaraq dəyərli bələdiyyə sədrini ürəkdən təbrik edir, bələdiyyə sahəsində yeni-yeni ideyaları, kreativ layihələri gerçəkləşdirməyi və ən əsası bundan sonra ALLAHİN QİSMƏT ETDİYİ ÖMRÜ BÜTÜN ÇƏTİNLİKLƏRƏ SİNƏ GƏRİB SAĞLAM YAŞAMAĞI  ARZULAYIRAM!!!

 

ŞƏRHLƏR