"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsi “Yerli Demokratiya Həftəsi”nə start verib

--2018-10-15 / 07:37

“Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi “Yerli Demokratiya Həftəsi”nə start verib”-bu fikirləri Belediyye.infoya bələdiyyə sədri İxtiyar Nəcəfov bildirib.

Sədrin sözlərinə görə, ötən həftə bələdiyyə iclasında qəbul edilmiş proqrama uyğun həyata keçrilməyə başlanılıb.

İlk olaraq bələdiyyənin inzibati binasında şüarlar asılmış və bu gün ərzində sədr tərəfindən 15 nəfərə yaxın vətəndaş qəbul edilib.

Qəbulda olan vətəndaşların problemləri dinlənilmiş bələdiyyədə asılı olan məsələlərin həlli istiqmətində addımlar atılmış, digər məsələlər isə baxılması üçün müvafiq qurumlara ünvanlamışdır.

Belediyye.info

ŞƏRHLƏR