"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsi hesabat verdi

--2019-08-16 / 05:03

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsində cari ilin altıaylıq fəaliyyəti geniş müzakirə edilib. Müzakirələrdə bələdiyyə üzvləri və sakinlər iştirak edib.

Yığıncaqda bələdiyyə sədri İxtiyar Nəcəfov bələdiyyənin fəaliyyətiylə bağlı məruzə edib. Sədr çıxışında əsasən Qaraçuxur Bələdiyyəsinin 2019-cu ilin 6 ayı ərzində görülmüş quruculuq və abadlıq işləri haqqında məqamlara toxunub.

Sədr çıxşında ilk olaraq 2019-cu ilin altı ayı ərzində Qaraçuxur Bələdiyyəsinin 9 ümumi iclası keçirildiyini, iclasların gündəliyinə 32 məsələ salındığını bildirib. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur.

İxtiyar Nəcəfov bildirib ki, qəbula gələn vətəndaşların bələdiyyə sədri, sədr müavinləri və daimi komissiya sədrləri tərəfindən qəbul edilməsi həftəlik qəbul qrafiki üzrə müəyyənləşdirilsə də, vətəndaşlar hər gün qəbul olunub.

Qəbulun 172-sı bələdiyyə sədri tərəfindən həyata keçirilib. Qaldırılan məsələlərin həlli istiqamətində mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşlara müvafiq köməklik göstərilib, zərurət olduqda vətəndaşların iştirakı ilə yerində araşdırmalar aparılıb, müraciətlər əsassız olduqda, bununla bağlı vətəndaşlara qanuna müvafiq izahatlar verilib.

Sədr çıxışında geniş şəkildə 2019-cu ilin altı ayı ərzində Qaraçuxur bələdiyyəsinin gördüyü quruculuq-abadlıq işlərindən bəzilərini qisa olaraq diqqətə çatdırıb.

1.Qaraçuxur qəsəbəsi A.Şadlinski və F.Kərimzadə küçələrinin piyada yolunun 2 km hissəsində maşın və mexanizmdən istifadə etməklə təmizlik abadlıq işləri tamet daşlarının döşənməsi ilə düzəldilməsii;

2.Qaraçuxur qəsəbəsi Q.Vəliyev və Neftçiıər küçəsinin kəsişməsində Q.Vəliyev 14/1, 14/2, 14A, 16/1, 16/2 ünvanlarda məhəllədaxili yola asfalt yonqarı tökməklə abadlaşdırılması işləri;

3.Bələdiyyənin xidməti ərazisindəki məişət tullantılarının həcmi nəzərə alınmaqla 10 ədəd yeni tullantı tutumları konteynerlərinin alınması, 40 ədədin təmiri;

4.Qaraçuxur qəsəbəsi və Yeni Günəşli əazisində lüzumsuz reklam və elanların yığışdırılıb təmizlənməsi;

5.Yeni Günəşli “Oriqami” uşaq reabilitasiya mərkəzinin qarşısında metal konstruksiyadan olan hasarın uçub dağılmış hissəsinin bərpa olunması məqsədi ilə prokat profillərin, nastillərin alınıb yeni hasarın çəkilməsi;

6.Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsi mərkəzi yol boyu 200 kv.m hissəyə qazon döşənməklə yaşıllıqlara aqrotexniki qulluq, biçilməsi, suvarılması;

7. 20-21 mart 2019-cu il tarixdə Qaraçuxur qəsəbəsi “Vətən Şəhidləri Unudulmur” abidə parkında Novruz bayramı ilə əlaqədar musiqili şənlik tədbirinin keçirilməsi, bayram atributlarının hazırlanması, eləcə də tədbir iştirakçılarına bayram süfrəsinin təşkil olunması;

8.Qaraçuxur qəsəbəsi F.Kərimzadə və A.Şadlinski küçələrində məhəllədaxili yollara qum-çınqıl tökməklə abadlıq işləri;

9.Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsində qəsəbə qəbristanlığı yolunda yola qum-çınqıl tökməklə abadlıq işlərinin Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində yol kənarında maşın və mexanizmdən (traktor) istifadə etməklə təmizlik işlərinin aparılması, mərkəzi yol boyu yaşıllıqların suvarılması, biçilməsi və ərazidə ağac tinglərin əkilməsi və əlavə su xəttinin çəkilişi;

10.Yeni Günəşli “D” yaşayış sahəsində binaların qarşısında 2 ədəd söhbətgahın alınıb quraşdırılması;

11.Ahıl, kimsəsiz, əlil, məcburi köçkün olan 10 yaxın vətəndaşlara maddi yardım edilməsi;

12.Yeni Günəşli “AB” yaşayış sahəsində A.Fətullayev küçəsində piyada səkisinin tamet daşları döşəməklə təmir olunması;

13.Qaraçuxur qəsəbəsi “Vətən Şəhidləri Unudulmur” abidə parkının qarşısında abadlıq və quruculuq işlərinin aparılması;

14.F.Kərimzadə küçəsindən “Qartal” fiquru istiqamətində mərkəzi yol kənarında piyada səkisinin özülünün düzəldilməsi;

15.Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsi 1 ünvanda“Neftçilər” parkından Qaraçuxur bələdiyyəsinin inzibati binasına çıxan tərəfə bardür daşların döşənməsi və asfalt örtüyün çəkilməsi;

16.Qaraçuxur qəsəbəsi ərazisində “Neftçilər parkı”nda yerləşən “Ağsaqqallar və Veteranlar evi”nin istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi;

17.Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində mərkəzi yol boyu divarların təmizlənməsi, suvanması və rənglənməsi;

18.Qaraçuxur qəsəbəsi Y.Əliyev küçəsində məhəllədaxili yolun abadlıq işləri;

19.Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsində yerləşən 6 saylı binanın arxasında olan məhəllədaxili yolun 278 kv.m hissəsinə asfalt örtüyünün çəkməsi”

20.Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsində yerləşən 19 saylı binanın qarşısında məhəllədaxili yolun istifadəyə yararsız vəziyyətdə olan 612 kv.m hissəsində asfalt örtüyünün çəkilməsi.

Yığıncaqda sakinlər və bələdiyyə üzvləri çıxış edərək bildiriblər ki, əvvəlki illərdə olduğu kimi Qaraçuxur bələdiyyəsinin aktiv fəaliyyətini bu gündə görmək olur. Sakinlər bələdiyyənin inzibati binasına gələrkən üzvlər və bələdiyyə qulluqçuları tərəfindən hörmətlə qarşılandıqlarını, ərizələrin qəbulu və problemlərin həllinə xüsusi həssaslıqla yanaşıldığını bildiriblər. Qaldırılan problemlərlə bağlı bələdiyyə rəhbərliyi məhəllələrdə olur, sakinlərlə görüşür və problemlərin operativ həlli üçün iş görürlər.

Son hesabat dövründə göründüyü kimi bələdiyyə inzibati ərazisində sakinlərin müraciəti əsasında müxtəlif tipli layihələr həyata keçirmişdir. Bu da sakinlərimiz tərəfində böyük rəğbətlə qarşılanır və hesabat dövründə bələdiyyənin fəaliyyəti qənaətbəxş hesab edilir.

Belediyye.info

ŞƏRHLƏR