"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsi Etibar Bəkirli küçəsində hansı layihəni həyata keçirir?

--2018-10-18 / 13:12

 Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi “Yerli Demokratiyası Həftəsi” çərçivəsində yeni layihəyə start verib.

Bu barədə Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, ötən həftə bələdiyyə iclasında təsdiq edilmiş proqrama uyğun olaraq yerli büdcənin maliyyəsiylə Etibar Bəkirli küçəsində sakinlərin müraciətini nəzərə alaraq 250 metrlik kanalizasiya xəttinin çəkilişini həyata keçirir. Artıq layihənin xeyli hissəsi başa çatdırılıb. Ərazidən keçən açıq kanalizasiya xətti  kol-kosdan və tullantılardan təmizlənib.

Bələdiyyədən bildiriblər ki, yaxın günlərdə layihə başa çatdırlıacaqdır. Layihə başa çatdıqdan sonra küçə sakinlərinin kanalizasiya xətti mərkəzi kanalizasiya xəttinə qoşulacaqdır .

Belediyye.info

ŞƏRHLƏR