"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qala bələdiyyəsinin əsas məqsədi

--2019-07-23 / 10:10

Bələdiyyənin büdcəsi qəsəbə sakinlərindən yığılan torpaq və əmlak vergisi ödənişlərindən formalaşır ki, Qala bələdiyyəsi toplanan məbləği qəsəbənin abadlaşdırılmasına, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, maddi köməyə ehtiyacı olan yerli sakinlərin problemlərinin həllinə yönəltməklə bir çox işlər görmüşdür. Belə ki:

Bələdiyyənin ekoloji proqramına uyğun olaraq Heydər Əliyev küçəsi yolboyu yolun hər iki tərəfində əkilmiş ağacların dibləri mütəmadi olaraq yabanı otlardan təmizlənmiş, bellənmiş, pulalar açılaraq küləkdən qorunmaq üçün dayaqlar bərkidilmişdir.

Qəsəbə ərazisindən məişət tullantılarının və zibilin yığılaraq daşınıb təyin olunmuş yerə boşaldılması gündəlik “Təmiz Şəhər” ASC-nın köməkliyi ilə təşkil olunmuşdur.

Qəsəbədə bir çox abadlıq işləri aparılmaqla yanaşı bələdiyyə üzvlərinin və işçilərinin iştirakı ilə iməclik təşkil olunmuşdur,iməclikdə Qala-Şüvəlan yolunun sağ və sol tərəfi məişət tullantılarından,alaq otlarından təmizlənmiş,yolun sağ və sol tərəfindəki əkilmiş ağacların dibləri bellənərək sulamaq üçün əhatələnmiş və sulanmışdır.

“20 Yanvar” faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilmiş, bələdiyyə üzvləri və işçiləri tərəfindən “Şəhidlər Xiyabanını” ziyarət edilərək məzarların üzərinə qərənfil gülləri qoymuşdur.

26 fevral-Xocalı Soyqırımı, 31 mart Azərbaycanlıların Soyqırımı günü, 9 May Qələbə günü və 28 May Respublika günü münasibəti yerli sakinlər, bələdiyyə üzvləri və işçilərinin iştirakı ilə anım tədbirləri keçirilmiş və Xətai rayonundakı və Mərdəkan qəsəbəsindəki 183 saylı məktəbin həyətindəki aidiyyatı üzrə müvafiq abidələr ziyarət olunmuşdur.

Ərazidə qanunsuz tikililərin və torpaq üzərində mülkiyyət hüququnun pozulması hallarının qarşısını almaq üçün müvafiq orqanlarla birlikdə tərəfimizdən reydlər keçirilərək bu sahə nəzarətdə saxlanılır.

Bələdiyyənin sosial müdafiə proqramına uyğun qəsəbənin aztəminatlı və əlil ailələrinə “Novruz” və “Ramazan” bayramları ilə əlaqədar 100-yüz ədəd ərzaq payı paylanılmışdır.Qocayeva İntizar Vəli qızına yanmış evinin təmiri məqsədilə 100 manat maddi yardım göstərilmişdir.

Mərdəkan qəsəbəsindəki Heydər Əliyev parkında keçirilmiş ümümrayon “Novruz” bayramının yüksək dərəcədə təşkilinə bələdiyyə tərəfindən maddi köməklik göstərilmişdir.

Bələdiyyənin mədəni proqramına uygun olaraq Qala bələdiyyəsi “8 mart” Qadınlar bayramı, 9 May Qələbə günü və 28 May Respublika günü ilə əlaqədar qəsəbə kulubunda tədbir təşkil etmişdir.

İslam dinin əsl dəyərlərini və fəlsəfəsinin təbliği məqsədi ilə aidiyyatı üzrə tərəfimizdən sakinlər arasında geniş maarifləndirici söhbətlər aparılmışdır.

Qala qəsəbəsi üzrə vergi ödəyicilərinin uçotunun kompyüterdə qeydiyyata alınma işləri davam etdirilir.

   Bələdiyyənin 2019- cu ilin 6 ayı ərzində “Yerli büdcənin gəlirləri və xərcləri” haqqındakı hesabatla sakinlər məlumatlandırılmışdır.

Bələdiyyəyə müxtəlif idarə və təşkilatlardan 2019-cu ilin 6 ayı ərzində 61-məktub daxil, 67-məktub isə xaric olunub, yazılı və şifahi müraciət edənlərin sayı 58   nəfərdir. Qəsəbə sakinləri tərəfindən edilmiş müraciət əsasında vətəndaşlara 286 arayış       verilmişdir.

Bələdiyyəyə daxil olmuş bütün məktub və müraciətlərə tərəfimizdən vaxtında qanunvericiliyə uyğun olaraq cavab verilmişdir.

Bələdiyyə üzvlərinin 2019-cu ilin 6 ayı ərzində 8 iclası keçirilib ki, həmin iclaslarda müxtəlif məsələlər müzakirə olunmaqla hər biri haqqında müvafiq qaydada qanunvericiliyə uyğun qərar qəbul edilməklə həmin qərarlar icra olunmuşdur.

2019-cu ilin 6 ayı ərzində bələdiyyə büdcəsinə 16587 manat 86 qəpik vəsait daxil olmuşdur. 01.01.2019-cu ilə büdcə qalığı 672 manat 70 qəpikdir. Maliyyə İdarəsindən bələdiyyəyə 2200 manat dotasiya daxil olmuşdur.Ümumilikdə 6 ay ərzində bələdiyyə büdcəsinə daxil olan vəsait 18787 manat 86 qəpik təşkil edir ki. Həmin vəsait sakinlərin maddi yardımına, qəsəbənin abadlıq işlərinə, enerji, sosial-müdafiə fonduna, Vergilər Departamentinə, həmkarlara, əmək haqqına, Silahlı Qüvvələrin Yardım Fonduna və digər aşağıda qeyd olunan xərclərə sərf olunmuşdur: Cəmi xərclər     18772 təşkil edib.

Beləliklə, Qala bələdiyyəsinin əsas məqsədi sakinlərin məmnunluğunu təmin etmək üçün bütün qüvvələrimizi sərf etməkdir.

  

   M.O.Novruzov

Xəzər rayonu Qala bələdiyyəsinin sədri:                                

 

ŞƏRHLƏR