"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Qadın sahibkarlığını təşviq edən təşkilatların institusional bacarıqlarının artırılmasına dəstək” mövzusunda təlim kursu başa çatıb

--2019-04-18 / 17:55

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) həyata keçirdiyi Yerli və Regional İnkişafa Dəstək Layihəsi çərçivəsində “Qadın sahibkarlığını təşviq edən təşkilatların institusional bacarıqlarının artırılmasına dəstək” mövzusunda aprelin 16-dan 18-dək davam edən 3 günlük təlim kursu bu gün başa çatıb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd qadın sahibkarların fəaliyyət təmsilçiliyini artırmaq, qadınlar arasında biznes birliyinin formalaşmasında və idarə olunmasında müvafiq institutlara köməklik göstərmək, yeni və mövcud təşkilatların, birliklərin üzvlərinə daha yaxşı xidmət göstərmələri üçün inzibati, təşkilati, texniki və maliyyə imkanları yaratmaq, qadın sahibkarlıq təşkilatlarının əlaqələrini regional və beynəlxalq səviyyədə təşviq etməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bu gün qadınlar üçün yaradılan geniş imkanları qeyd edərək bildirib ki, sahibkar olmaq, öz bizneslərini yaratmaq istəyən qadınların biznes planlaşdırılması, iqtisadi sahədə məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir: “Eyni zamanda, Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə hazırda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsini uğurla davam etdirir. Qadın Resurs mərkəzlərimizdə gənc, xüsusilə həssas qrupa daxil olan qadınların cəmiyyətə inteqrasiyası, müxtəlif peşələrə yiyələnməsi üçün təlimlər təşkil olunur”.

 Təlimlər Almaniyada yerləşən Ahrens agentliyinin rəhbəri Elke Ahrens tərəfindən aparılıb.

https://azertag.az/xeber/Bakida_qadin_sahibkarligi_ile_bagli_telim_kechirilir-1270649?fbclid=IwAR3TvLPBLBbxHPelZ7aHL4-pfhnzbSEY98V5LO0I06OQNAFJQurbpgE56uo

ŞƏRHLƏR