"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Problemlərimizin həllinə dəstək verin ki, biz də bütün platformalarda bələdiyyəmizin kürəyində seçici olaraq dağ kimi dayanaq!” BADAMDAR BƏLƏDİYYƏSİ NÖVBƏTİ SƏYYAR GÖRÜŞÜ KEÇİRİB

--2022-07-17 / 10:08

İndiki vəziyyətdə dövlətin və bugün bir o qədərdə diqqətdə olmayan bələdiyyələrin üzərinə düşən əsas vəzifə vətəndaşı səbrlə dinləmək, üzləşdiyi problemə həssaslıqla yanaşmaq və həlli üçün addım atmaq hesab olunur. Hələki elə də ciddi səlahiyyətə və büdcəyə sahib olmayan bələdiyyələr bu işdə daim vətəndaşın və dövlətin yanında olmağı çətin də olsa bacarırlar. Etiraf etməliyik ki, problemlərin həllində ancaq körpü rolunu oynayan bələdiyyələr bu işdə az da osla öz töhfələrini verməkdədirlər.

Bu günlərdə artıq növbəti dəfə sosial media üzərindən vətəndaşlarla səyyar görüşün təşkil ediləcəyi barədə elana rast gəldim. İkinici dəfə də xəbərsiz belə səyyar görüşdə iştirak etməyi qərar verdim.

Bu dəfəki görüş isə Badamdar qəsəbəsindəki Şərq küçəsinin sakinləri ilə olacaqdı. Badamdar bələdiyyəsinin inzibati binasında hər kəsin bir komanda şəklində hazırlaşdığının şahidi oldum.

Birlikdə görüşə yollandıq. Açıq etiraf edim ki, vətəndaşların belə görüşlərə, özü də qızmar yay günlərində maraq göstərəcəyinə ümidim yox idi.

Artıq Şərq küçəsində idik. Ona yaxın qəsəbə sakin elandan xəbər tutub görüşə gəlmişdi.

İlk baxışda küçənin abadlığı, təmizliyi, küçə boyu “Eldar şamı” ağaclarına edilən qulluq diqqətimdən yayınmasa da, hər halda küçə sakinlərinin sadaladığı problemləri dinlədikcə istər-istəməz narahat olmaya bilməzdim. Çünki bu günədək müvafiq orqanların, xüsusəndə kommunal xidmət sahələrinin göstərdiyi yarıtmaz xidmətdən sakinlərin həqiqətən təngə gəldiklərinin şahidi olurdum.

Sakinlərdən ən aktivi olan xanım Əzizə Bayramovanın Badamdar bələdiyyəsinin rəsmilərinə söylədiklərinin bir qismini sizinlə də bölüşürəm:

-Küçədə ki, “salma-saçaq” elektrik xətlərini yeraltına salmağa, küçə boyu 50 metrədək istifadəsiz qalan ckelet boruları götürməyə kömək edin ki, oralara da ağac əkək. Həmçinin küçənin işıqlandırılmasına, təmizlənməsinə sizdə diqqət yetirin, “komxoz”a normal işləyən işçilər cəlb edin. Özləri ilk növədə təmizliyə riayət etsin. A. Abbaszadə küçəsində işıq idarəsinin qarşısına ağac və qazon əkin, asfaltın yamaqlarını düzəltdirin ümumilkdə problemlərimizin həllinə dəstək verin ki, biz də bütün platformalarda bələdiyyəmizin kürəyində seçici olaraq dağ kimi dayanaq!

Bir saata yaxın davam edən görüşdə bələdiyyənin sədr müavinləri Xədicə Həsənova və Rauf Mayılov qaldırılan problemləri dinləməklə, yanaşı qediyyatını aparıb, müraciətləri müvafiq orqanlara yönləndirməyi görüş iştirakçılarına söz verdilər.

-Biz daim vətəndaş müraciətlərini diqqətdə saxlamaqla yanaşı bacardımız qədər onun həllinə çalışrıq. Artıq xeyli müddətdirki, Səbail rayonunda formalaşan hər üç bələdiyyə Səbail, Bibiheybət və Badamdar bələdiyyələri vətəndaşlarla səyyar görüşləri təşkil edir. Bu görüşlər vətəndaş məmnunluğunu təmin etməklə, onların qaldırdığı problemlərin həllinin sürətləndirlməsinə kömək edir. Şərq küçəsinin sakinləri ilə də keçirilən görüşdə qaldırılan məsələlərin həllində də öz töhvəmizi verəcəyik.

Bu fikirləri isə telefon söhbətində bizimlə bölüşən Səbail rayonu Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov sonda bələdiyyənin bir komanda olaraq vətəndaş qəbullarını bundan sonra da daim diqqətdə saxlayacaqlarını bildirdi.

Düşünürəm ki, Səbail bələdiyyələrinin təqdirəlayiq bu addımından digər bələdiyyələrdə öz təcrübəsində yararlana bilərlər.

Vüqar Tofiqli

ŞƏRHLƏR