"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezident icra başçısını təltif etdi

--2018-12-28 / 13:33

Ş.K.Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
***

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şahin Kərim oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

 ***

Xatırladaq ki, Şahin Məmmədov Ağcabədi Rayon İcra Hakmiyyəyinin başçısıdır

*** 

Məmmədov Şahin Kərim oğlu 01 yanvar 1959-cu ildə Azərbaycan Respublikası Bərdə şəhərində anadan olmuşdur.
1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxumuşdur.
Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1975-1983-cü illərdə “Azelektromontaj” idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləmişdir.
1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir.
1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib vəzifəsində işləyib.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Azəraudit” mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti Başcısının sosial - iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000 - ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezdentinin 17 aprel 2004- cü il tarixli sərancamı ilə Samux Rayon İcra Hakimiyyətinin Başcısı vəzifəsinə, 26 dekabr 2005- ci tarixli sərancamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.
YAP Siyasi Şurasının üzvüdür.
Ailəlidir, 4 övladı var.

http://agcabedi-ih.gov.az/page/20.html

ŞƏRHLƏR