"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezident Gülağa İslamovu təltif etdi

--2018-12-18 / 14:08

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa Bayram oğlu İslamov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İslamov Gülağa Bayram oğlu 19 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olub.

Ali təhsillidir, Poltava Kooperasiya İnstitutunun Əmtəəşünaslıq ixtisasını bitirib.

25.01.1995-ci il tarixdən hal-hazırki vaxtadək Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin başçısıdır.

Qeyd edək ki, G.İSLAMOV həm də bələdiyyələrin dostu kimi tanınır.

Belediyye.info

ŞƏRHLƏR