"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezident bu icra başçısını təltif etdi

--2018-12-05 / 20:08

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamıyla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şair Balaşərif oğlu Alxasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olub.

1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib.

Əmək fəaliyyəti dövründə Şair Alxasov "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb.

18.12.2007-ci il tarixindən Qusar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ailəlidir, üç övlad atasıdır.

ŞƏRHLƏR