"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezident Ağdam Atçılıq zavodunun direktoru barədə sərəncam imzaladı

--2019-10-31 / 19:39

Azərbaycan Prezidenti İlham Əliyev M.M.Hüseynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Atçılığın inkişafında xidmətlərinə görə Maarif Məmməd oğlu Hüseynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xatırladaq ki, Maarif Hüseynov uzun illərdir Ağdam Atçılıq zavodunun direktoru vəzifəsində çalışır və məşhur Qarabağ atlarının qorunmasında və mühazəsində xüsusi xidmətləri vardır.

Onu da əlavə etmək lazımdır ki, ХХ əsrdə Qarabağ cinsinin tariхində ən önəmli hadisə kimi iхtisaslaşmış “Qarabağ” at zavodunun (indiki Ağdam at zavodunun) yaradılmasının əvəzsiz rolu qeyd olunmalıdır. Zavod rəsmi olaraq SSRI Nazirlər Sovetinin 08 oktyabr 1948-ci il tariхli 1681 saylı, Azərbaycan SSR Nazirlər Sovetinin 27 may 1949-cu il tariхli 583 saylı qərarları əsasında yaradılmışdır.

Belediyye.info

ŞƏRHLƏR