"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Polşa dövlətinin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq başlanır

--2020-08-11 / 12:22

Azərbaycan və Polşa Respublikalarının yerli idarəetmə qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının koordinatoru Tofiq Həsənovun, Bakı şəhəri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalovun, AYRHK-da Azərbaycan nümayəndə heyətinin və Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynovanın, AYRHK-da Azərbaycan nümayəndə heyətinin katibi, Milli Assosiasiyasının məsləhətçisi Rövşən Məmmədovun, Səbail Bələdiyyəsinin üzvü Pərvin Nəcəfovanın və Polşa Şəhərlər Assosiasiyasının rəsmiləriylə video-müzakirə keçirilmişdir.

Polşa Şəhərləri Assosiasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri və AYRHK-da Polşa nümayəndə heyətinin katibi Katarzyna Paczyńska və Polşa Şəhərləri Assosiasiyasının beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Alicja Stachowiak ilə aparılan onlayn görüşdə Pandemiyadan sonra tanışlıq və təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, yerli idarəetmə qurumlarının işinin təkmilləşdirilməsi üçün birgə layihələrin reallaşdırılması məsələləri barədə təkliflər müzakirə edilmişdir. Qeyd edilmişdir ki, hər iki ölkənin şəhərləri arasında müxtəlif sahələrdə regional əməkdaşlığın yaradılması, sosial-iqtisadi və mədəni yönümlü layihələrin reallaşması imkanları nəzərdən keçiriləcəkdir.

Məlumat üçün bildiririk ki, digər Avropa ölkələrinin yerli idarəetmə orqanları və onların Assosiasiyaları ilə əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində növbəti video-müzakirələr 2020-ci ilin sentyabr-oktyabr aylarında Belçika, Macarıstan və Çexiya dövlətlərinin müvafiq qurumları ilə həyata keçiriləcəkdir.

 

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası

ŞƏRHLƏR