"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Pirallahı bələdiyyəsi hesabat verir

--2017-01-20 / 17:14

Pirallahı bələdiyyəsi  həmişə olduğu kimi 2016-cı ilin yekunu ərzində  öz işini günün tələbləri səviyyəsində qurmaqla yanaşı bir çox işlərin görülməsinə və müxtəlif tədbirlərin keçirilməsinə nail olmuşdur.

Müraciət olunan ərizə və təkliflərə bələdiyyənin imkanı və səlahiyyəti çərçivəsində baxılmağa səy göstərilmişdir. Vətəndaşların müraciəti zamanı aztəminatlı,heç bir yerdə işləməyən gənc ailələrə hazırkı dövrdə iqtisadi çətinlikləri nəzərə alaraq qismən köməklik və maddi yardım ön plana çəkilmişdir.

Belə ki, 2016-cı ilin hər rübün əvvəlində bələdiyyə üzrə geniş yığıncaq keçirilmiş və rüb ərzində görülməsi vacib olan işlərin müzakirəsi aparılmışdır.

2016-cı il ərzində  Pirallahı Bələdiyyəsinin büdcəsində 01.01.2016-cı il tarixinə 2882.61. manat məbləğində  qalığı qalmışdır. 25588.73 manat mədaxil, məxaric isə 28181.57 manat olmuşdur 01.01.2017-ci il tarixinə - 289.77 manat məbləğində  qalığı qalmışdır. Bu vəsait bələdiyyə büdcəsinə fiziki şəxslərdən torpaq vergisi və əmlak vergisi hesabına yığılmışdır.  

2016-cı il  ərzində  əhali ilə görüşlər keçirilmiş, şikayət, rəy və təklifləri ümumiləşdirərək mövcud olan problemlərin həll olunmasına nail olunmuşdu. 

2016-cı il ərzində müxtəlif tədbirlər həyata keçirilmiş, qəsəbə ərazisində mütəmadi olaraq  MKTB-nin və MKİS-nin əməkdaşlarının köməkliyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində park və meydançalarında sanitar təmizlik işləri həyata keçirilmiş, ağaclara aqrotexniki qulluq göstərilmiş, ağacların gövdələri ağardılmışdır.

2016-cı ilin yanvar ayında “ 20 Yanvar”  faciəsi ilə əlaqədar qəsəbədə yerləşən, idarə, təşkilat, səhiyyə və təhsil müəssisələrində konfranslar, dəyirmi masalar, maarifləndirici tədbirlər təşkil olunmuş,  Pirallahı rayon ictimaiyyətinin və qonaqların iştirakı ilə “ Şəhidlər Abidəsi ”  xatirə kompleksi önündə geniş anım mərasimi keçirilmişdi. Qəsəbənin bir qrup sakinlərinin “ Şəhidlər Xiyabanı” na ziyarəti təşkil olunmuşdur.

2016-cı ilin Fevral ayında “ Xocalı Soyqırımı” gününün 24-cü ildönümü münasibəti ilə qəsəbənin təhsil müəssisələrində erməni vandalizminin xalqımızın başına gətirdiyi bəlaların necə faciələr törətdiyi haqqında silsilə tədbirlər,dəyirmi masalar, görüşlər keçirilmiş və Bakı şəhərində yerləşən “Ana Harayı” abidəsinə ziyarət təşkil olunmuşdu.

Hesabat dövründə bələdiyyəmiz aşağıdakı mədəni-kütləvi tədbirlərin təşkilatçısı olmaqla yanaşı bu tədbirlərdə həm də yaxından iştirak etmişdir.

2016-cı ilin Mart ayında “Novruz bayramı” münasibəti ilə qəsəbənin aztəminatlı ailələrinə bayram sovqatlarının  paylanması üçün bələdiyyə büdcəsindən

1500-00 (Bir min beş yüz manat)  məbləğində vəsait ayrılmışdır. Qəsəbədə yaşayan aztəminatlı ailələrin ərizəsini nəzərə alaraq onlara maddi yardım edilmişdir. Yardıma bələdiyyə büdcəsindən 250-00 (İki yüz əlli) manat məbləğində vəsait xərclənmişdir.

2016-cı ilin May ayında Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə qəsəbənin “Gənclər Parkında Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “Hərəyə bir ağac əkək”devizi altında ümumrayon ağac əkmə iməciliyi təşkil olunmuşdur.Bu iməcilikdə Pirallahı bələdiyyəsinin əməkdaşları və bələdiyyə üzvləri çox fəal iştirak etmişdir.

2016-cı ilin May ayında əhalinin yay istirahətinin təşkili məqsədi ilə sahilyanı ərazilərdə mütəmadi olaraq reydlər təşkil olunaraq sanitar təmizlik işləri görülmüşdür.

2016- cı il ərzində  qəsəbə gənclərinin asudə vaxtlarının səmərəli keçməsi məqsədi ilə Pirallahı idman kompleksində və qəsəbə stadionunda kütləvi idman yarışları təşkil olunmuşdur.

2016-cı il ərzində Sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi”nin (referendumun) keçirilməsi ilə əlaqədar Pirallahı qəsəbəsində geniş  abadlıq işləri görülmüşdür

2016-cı il  ərzində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə polis şöbəsinin  və  nümayəndəliyin əməkdaşları ilə birgə mütəmadi reydlər təşkil olunmuşdur.

2016-cı il ərzində  qəsəbədə qanunsuz tikinti işlərinin dayandırılması və qarşısının alınması məqsədi ilə polis şöbəsinin, nümayəndəliyin və sahə müvəkkillərinin iştirakı ilə mütəmadi reydlər keçirilmiş, aşkar olunan qanunsuz tikililər tərəfimizdən saxlanılmışdır.

“Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2016-cı il tarixli sərəncama əsasən, Pirallahı qəsəbəsinin daxilində ümumi uzunluğu 8,5 km olan mərkəzi yolda əsaslı təmir işləri aparılır. Hal-hazırda gecə işıqlandırması dirəklərinin və səki daşlarının quraşdırılması davam etdirilir. Yol kənarı torpaq qatı qazılaraq çıxardılaraq, əvəzində yol geyiminin əsası və asfalt örtüyünün alt layı döşənərək hərəkət hissəsi genişləndirilir.Paralel olaraq mərkəzi yol boyu yeni müasir tipli avtobus dayanacaqlarının quraşdırılması, məhəllədaxili yollarda isə asfalt örtüyün çəkilməsi işləri yerinə yetirilir.Mərkəzi yol kənarında ümumi görünüşə xələl gətirən tikililərin dam örtükləri və fəsadlarında təmir işləri aparılır və qeyri-yaşayış obyektləri rayonun ümumi memarlığına uyğunlaşdırılır.

2016-cı il ərzində Azərbaycanda Yerli Demokratiya Həftəsi ilə əlaqədar “Çox mədəniyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət,dialoq,qarşılıqlı əlaqə adı altında qəsəbənin bir neçə küçələrində görüşlərin keçirilməsi, vətəndaşların rəy və təkliflərinin öyrənilməsi, mövcud olan problemlərin aradan qaldırılması məqsədilə görüşlər keçirilmişdir. Açıq qapı elan edilən gün qəsəbə vətəndaşlarından 29 nəfər qəbul edilmiş və onlara görülmüş işlər barədə müfəssəl məlumatlar verilmişdir.   

“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”  və Yeni il bayramı ilə əlaqədar aztəminatlı ailərə onların çoxsaylı müraciətlərini nəzərə alıb bələdiyyə büdcəsindən 1500.00 (Bir min beş yüz manat) məbləğində vəsait ayrılaraq hər bir ailəyə 30 manat məbləğində ərzaq malları alıb paketlərə qoyularaq 50 ailəyə təqdim edilmişdir.

2016-cı il ərzində  “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” nin gücləndirməsi məqsədi ilə nümayəndəliyin əməkdaşları və sahə müvəkkilləri ilə birlikdə qəsəbə ərazisində sakinlərə məxsus həyətyanı sahələrdə və fərdi təsərrüfatlarda mütəmadi yoxlamalar aparılmış, qəsəbənin tam orta məktəblərində istiqamətverici söhbətlər təşkil olunmuşdur.

Yoxlamalar zamanı narkotik xassəli bitkilərin becərilməsi müəyyən olunmamışdır.

2016-cı il ərzində  bələdiyyə yığıncaqlarında təsdiq olunaraq əmək haqqına, gəlir vergisinə, DSMF-na,həmkarlar ittifaqına,bank xidmətlərinə,auditor xidmətinə, elektrik enerjisinə, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına üzvlük haqqına görə və.s vəsait xərclənmişdir.   

2016-cı ilin yekun hesabatı ərzində bələdiyyədə şəxsi heyətə aid 6 əmr verilmiş, Pirallahı Rayon İcra Hakimiyyətindən və digər aidiyyəti orqanlardan 106 məktub daxil olmuş, 101 xidməti məktub göndərilmişdir, bələdiyyə üzrə 14 iclas keçirilərək protokollaşdırılmişdır, 299 nəfərə isə arayış verilmişdir.

2016-cı ilin yekunu olaraq mühasibatlığın və kargüzarlığın hesabatı dinlənilmişdir,heç bir qanun pozuntusuna yol verilmədiyi aşkar olunmuşdu.

Pirallahı rayonu  bələdiyyəsi öz işini bundan sonra da günün tələbləri səviyyəsində qurmağa çalışacaqdır.

         

Elxan Zülfüqarov 

Pirallahı rayon Pirallahı bələdiyyəsinin sədri                                                                         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

ŞƏRHLƏR