"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Peşman olarsan... BƏLƏDİYYƏ SƏDRİ YAZIR

--2019-08-15 / 08:48


Saralıb-solarsan,həyatdan soyuyarsan,sonradan anlayarsan peşman olarsan. Əl üzərsən əllərdən, söz düzərsən sözlərdən, görünməz olarsan,qaçarsan sənə baxan gözlərdən.
Peşman olarsan...
Bəzən niyəsini bilmədən belə,bəzən də bilə-bilə,sonradan üzüləcəyini,ipə-sapa düzüləcəyini bilə-bilə peşman olarsan.

Dəyər verdiyinə, diqqət etdiyinə, əməl etdiyinə peşman olarsan. Bir az bilərəkdən,bir az bilməyərəkdən peşman olarsan.

Faydası olmaz,fayda eləməz sonradan,amma sən yenə də peşman olarsan.

Yaşadığın yaşanmışa,yaşanmışı anlamadığına, sadəcə yaşaya bilmədiyinə peşman olarsan.

Bəzən etdiyinə,bəzən də etmədiyinə görə peşman olarsan.
Eləcə,beləcə, hərdən,bəzən,sadəcə peşman olarsan...

Tural Nəbiyev 

Horadiz bələdiyyəsinin sədri 

ŞƏRHLƏR