"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ötən il Tərtər bələdiyyəsinin büdcə gəliri nə qədər olub?

--2021-02-15 / 17:08

Tərtər bələdiyyəsinin 2020-ci ildə büdcə daxilolmalarınnın həcmi 29.478 manata bərabər olub. Bələdiyyədən verilən məlumata görə, bu vəsaitin 17.700 manatı tikinti materialları üzrə mədən verigisindən, 1.400 manatı torpaq satışından, 2.760 manatı fiziki şəxslərdən olan torpaq vergisindən, 2.493 manat fiziki şəxslərdən əmlak vergisindən, 80 manat mehmanxana rüsumundan, 45 manatı torpaqların icarəsindən daxil olub .

Ötən il bələdiyyəyə dövlət tərəfindən 5.000 manat dotasiya ayrılıb.

Beləliklə, ötən il ərzində əvvəlki ildəki qalıqla birlikdə bələdiyyənin 33.250 manat büdcədaxiolmaları olub. Büdcə xərcləri isə il ərzində 31.200 manat olub.

Əlavə edək ki, ötən ilin başlanğıcında bələdiyyənin 35 min manat DSMF-yə borcu var idi. Bələdiyyədən daxil olan məlumata görə, 2020-ci ildə atılan addımlar nəticəsində borcların həcmini 28 min manatadək azaltmaq mümkün olub. Əlavə edək ki, Tərtər şəhərində əhalinin sayı 20 min nəfərə çatır.

Hazırda şəhərdə vergi ödəyicilərin sayı 4.715, bunlardan sənədli təsərrüfatarın sayı 3.707 ə bərabər dir. Şəhər vergi ödəyicilərinin sayı 2.650 nəfər çatır.

Qeyd edək ki, bələdiyyə üzvlərinin sayı 13 nəfərdir.

Belediyye.info

ŞƏRHLƏR