"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ötən il Sumqayıt bələdiyyəsinin büdcə gəliri nə qədər olub?

--2019-02-04 / 19:22

“Sumqayıt bələdiyyəsinin ötən ilki büdcə gəlirləri 1,5 milyon manatı keçib”-bu barədə Belediyye.infoya məlumat Sumqayıt bələdiyyəsindən daxil olub.

Məlumatda bildirilir ki, 2018-ci ildə yerli büdcənin gəlirləri 1.555.815 manat, o cümlədən 270.000 manat dotasiya təşkil etmiş, proqnoz tapşırıq 107,3 faiz səviyyəsində icra olunmuşdur.

Yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 498.534 manat və ya 32,0 faiz, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 434.030 manat və ya 27,9 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər 114429 manat və ya 7,04 faiz olmuşdur.

Hesabat dövründə qeyd olunmuş göstəricilər üzrə proqnoz tapşırıqları müvafiq olaraq 111,4, 108,5 və 114,4 faiz səviyəsində icra edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR