"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ötən il Astara bələdiyyələrinin büdcə gəlirləri 22 faiz artıb

--2022-04-18 / 18:22

Astara rayonunda formalaşan 15 bələdiyyənin 2021-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 197.100 manat olub. Bu isə 2020-ci illə müqayisədə büdcə gəlirlərində 22 faiz artım deməkdir.

Qeyd edək ki, 2020-cu ildə Astara bələdiyyələrinin büdcə gəliri 161.600 manat olmuşdu.

Əldə edilən vəsaitin isə 44.6 faizi yəni (88.000 manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Astara rayonunda formalaşan 15 bələdiyyə ötən il ərzində 32.100 manatlıq əmlak vergisi, 39.100 manatlıq torpaq vergisi, 100 manatlıq sanatoriya rüsumu toplaya biliblər.

Qeyd edək ki, il ərzində bələdiyyələrə 37.100 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Ötən il Astara bələdiyyələrinə bələdiyyə mülkiyyətində olan müəssisələrdən hər hansı maliyyə vəsaiti daxil olmayıb, bu qurumlar habelə il ərzində dayanacaq rüsumu, mədən vergisi da toplaya bilməyiblər.

Büdcə gəlirləndə digər istiqamətlərdən 700 manat vəsaiti daxil olub.

Belediyye.info

ŞƏRHLƏR