"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Onlar Məclisə üzv seçiliblər

--2022-11-28 / 14:45

Xəbər verdiyimiz kimi, 25 noyabr 2022-ci ildə Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Respublika Komitəsinin VI Məclisinin iclası keçirilib.

Səbail bələdiyyəsindən daxil olan məlumata görə, iclasda Məclisə yeni üzvlərin seçkisi də keçirilib.

Həmkarlar təşkilatının işində səmərəli fəaliyyətlərinə görə həmkarlar təşkilatının fəal üzvlərindən olan Badamdar bələdiyyəsindən İradə Kərimova və Səbail bələdiyyəsindən Günel Ələkbərli Məclisə üzv seçiliblər.

Belediyye.info

ŞƏRHLƏR