"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ölkəmizi “Birinci Beynəlxalq Tarsus Festivalı”nda Xətai rayonu təmsil edib

--2022-11-11 / 13:26

Türkiyənin Mersin Böyükşər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən “Birinci Beynəlxalq Tarsus Festivalı”nda ölkəmizi Xətai rayonun nümayəndə heyəti də təmsil edib.
4-6 noyabr 2022-ci il tarixlərində keçirilən “ I Beynəlxalq Tarsus Festivalı”nda dünyanın 21 ölkəsindən nümayəndə heyəti iştirak edib.

Ölkəmizi belə mötəbər festivalda Xətai rayonunu təmsil edən 7 nəfərlik nümayəndə heyətinə Xətai bələdiyyəsinin sədr müavini Əliyar Əliyev rəhbərlik edib.
Nümayəndə heyətinə Azərbaycan Aşbazlar Çildiyasının üzvləri-Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzinin təlimçiləri- aşbaz Qəniyev Rövşən Xəlil oğlu və şirniyyatçı-aşbaz Nağdəliyev Eynur Ramiz oğlu, Xətai Rayon Mədəniyyət Mərkəzinin quruluşçu hissə müdiri Kübra Bayramova, müğənnilər Şəbnəm Mütəllimzadə, Günay Pirizadə, Rəhman Mirzazadə daxil olub.
Xətai bələdiyyəsindən verilən məlumata görə, nümayəndə heyəti Tarsusdakı Heydər Əliyev Parkında Ümummili Liderin heykəlini ziyarət etdikdən sonra, Tarsus bələdiyyə başkanı Haluk Bozdoğanla görüş keçirərək bələdiyyələrin fəaliyyətiylə bağlı fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində keçirilən festivalda nümayəndə heyətinin üzvləri-aşbazları milli xörəklərin bişirilməsini və şirniyyatın hazırlanmasını Festival iştirakçılarına nümayiş etdiriblər. Festval çərçivəsində iştirakçılarla birlikdə 1 saatlıq yürüşdə iştirak etdikdən sonra müğənnilər konsert tədbirinə qoşularaq Azərbaycan xalq mahnılarını ifa ediblər.
Tədbirin yekununda Mersin Böyükşəhər bələdiyyəsinin təşkil etdiyi ziyafətdə bələdiyyə başqanı Vahab Seçərlə görüş keçirilmiş və fikir mübadiləsi aparılmişdir.
Yekunda bütün Festival iştirakçılarına sertifikatlar təqdim edilib.

Belediyye.info

 

ŞƏRHLƏR