"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Novosaratovkanın “həftəbazarı”nda antisanitariya vəziyyəti aradan qaldırılır-BELEDİYYE.İNFO YAZDI PROBLEM HƏLLİNİ TAPDI

--2019-09-30 / 05:48

Gədəbəy rayonu Novosaratovka qəsəbəsində hələ uzun illərdən bəri fəaliyyət göstərən həftəbazarında hökm sürən antisanitariya vəziyyəti bu gün aradan qaldırılıb. Bu barədə məlumatı Belediyye.infoya Qida Təhlükəsizliyi Agentliyinin Tovuz regional bölməsindən daxil olan məktubda qeyd edilir.

18 sentybar 2019-cu il tarixdə daxil olan məktubda bildirlir ki,”müraciətiniz əsasında araşdırma aparılmış və məlum olmuşdur ki, adıçəkilən bazar “Rüfət“MMC məxsusdur. Müfaviq olaraq plandankənar yoxlama açılmışdır. Müvafiq qaydada yoxlama aparılmış və aşkar olunan qanun pozuntularıyla əlaqədar sahibkarlıq subyekti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət cəlb edilmş və nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir."

Bununla yanaşı 23 sentyabr 2019-cu il tarixli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı regional idarəsindən daxil olan digər məktubda bildirlir ki, haqqında danışılan sahibkarlıq subyektinin direktoru İmanquliyev Məhəmməd Əli oğludur. Yazıda qaldırılan məsələlərlə bağlı akt bağlanılmışdır. Bildirlir ki, həmin bazarın ərazisi adıçəkilən vətəndaş tərəfindən 2000-ci ilin yanvarında alqı-satqı müqaviləsi əsasında özəlləşdirilmişdir. Hazırda bazar günlər fəaliyyət göstərən bazar yekunlaşdıqdan sonra ərazinin təmizlənməsi üçün ayrılmış ZİL-130 markalı özüboşaldan yük maşını vasitəsiylə ərazi təmizlənir.

Ən maraqlı məqam ondadır ki, nazirliyin əməkdaşları əraziyə baxış zamanı ərazinin cirklənmə hallarına rast gəliməmişlər. Bu isə o deməkdir ki, yazıda qaldırılan məsələlər sürətlə öz həllini tapmış, müfaviq orqanları hərəkətə gətirmiş və problem aradan qaldırılmışdır.

Qəsəbə sakinlərindən aldığımız məlumatlarda  da vəziyyətin xeyli düzəldyini qeyd edirlər. Bununla yanaşı çirkab sularının qəsəbənin yanından keçən çaya axıldımasınında qarşısı alınmışdır.

Belediyye.info olaraq operativ şəkildə problemin həllinə dəstək verən bütün qurumlara, o cümlədən Novosaratovka Bələdiyyəsinə və icra nümayəndəliyinə təşəkkürümüz bildiririk.

P.S. Nəzərə almaq lazımdır ki, ölkə başçısının tapşırığı ilə Gədəbəy rayonunda turizm imkanları araşdırılır və bu rayon ölkəmizin turizm məkanlarından birinə çevrilməsi üçün artıq planlı şəkildə iş aparılır. Və Milli Yaylaq Festivalının keçirilməsi və yüzlərcə xarici ölkə vətəndaşının regiona səfər etməsi buna əyani sübutdur.

Odur ki, rayonun inkişafı və probleminin aradan qaldırıması hər birimizin borcudur.

 Əvvəlki yazını buran oxuya bilərsiniz:

http://belediyye.info/new/details/--5403.htm

ŞƏRHLƏR