"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Novosaratovkanın antisanitariya mənbəyinə çevrilən “həftəbazarı”

--2019-08-14 / 17:24

“Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin ərazisində fəaliyyət göstərən bazar kəndin antisanitariya mərkəzinə çevrilib. Həftədə bir dəfə baş tutan bazara ətraf rayonlardan-Şəmkirdən, Göygöldən, Daşkəsəndən, Tovuzdan kənd təsərrüfatı məhsulları gətirilərək satışı həyata keçirilir. Bu bazarın yaxınlğında həmçinin mal bazarıda həmin vaxt fəaliyyətdə olur.”

Bu barədə Belediyye.infoya məlumat verən Məhəmməd Kərimov məhsulların antisanitariya şəraitində satılması, sonra zibillərin isə ətrafdan axan Zəyəm çayının qolu olan çaya axıdlıması çayı və ətraf əraziləri təhlükə mənbəyinə çevrildiyini bildirib. Bu ciddi mövzunun ictimailəşdirilməsi gələcəkdə baş verə biləcək fəsadların qarşısını alımış olacaqdır.

M.Kərimovn qaldırdığı məsələ ilə bağlı Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin sədri Fəridə Əliyevaya müraciət etdik.

Xanım bələdiyyə sədri Belediyye.infoya açıqlamasında həqiqətən belə bir həftə bazarın olduğunu və ərazidə antisanitariyanın  mövcudluğunu etiraf etdi:

“Dəfələrlə bazarı idarə edən Məhəmməd adlı şəxsə bildirişlər göndərmişik. Xəbərdarlıq etmişik. Rayon icra hakimiyyətinə və ekologiya idarəsinə məlumat vermişik, amma ciddi təsiri olmayıb. İcra nümayəndəliyinin iştirakıyla bir neçə dəfə kənar ərazidə quyu qazdırıb bazar bağlandıqdan sonra atılmş sahibsiz ziblilləri toplayıb qazılmış quyuya doldurmuşuq.

Bazar sahibləri hər satıcıdan bir dəfəlik bir manat yığsalarda, heç bir yenilik tətbiq edilmir, nə müasir piştaxtalar, nə də digər avadanlıqların quraşdırılması həyata keçirilir. Üstəlik kəsilən mal-heyvanın qarnı və içalatı çaya axıdılır. Və bələdiyyə olaraq bunun qarşısnı ala bilmirik.

Bu günlərdə yenə icra nümayəndəliyi ilə birgə əraziyə baxış keçirib rəsmi orqanlara da yenidən müraciət edəcəyik. “

Bələdiyyə sədri daha sonra açıqlamasında bildirib ki, Milli Yaylaq Festivalından sonra Gədəbəy rayonuna turistlərin axını artıb. Novosaratovka isə rayonun ikinci böyük kəndidir. Belə ciddi antisanitariya ilə mübarizə tək bələdiyyənin deyil digər orqanların iştirakıyla birgə mübazirə aparılmalıdır. Bizdə ərazidə səliqə səhman yaradılmasını istəyirik.

Ərazi bələdiyyənin mülkiyyətindədirmi, - sualına bələdiyyə sədri bildirib ki, bazar sahibləri ərazinin 28 sotuna sənədi olduğunu bildirsələrdə bələdiyyəyə hər hansı sənəd təqdim etməkdən yayınırlar. Bura əslində Zəyəm çayının qolu olan hissənin yatağıdır. Bu bazarı kəndin başqa bir yerində daha müasir üslubda təşkil etmək olar. Ancaq bu gün bələdiyyənin bu şəraiti yaratmağa maliyyə imkanı yoxdur. Biz ancaq kəndin təmziliyi ilə bağlı məsələni yüksək səviyyədə həll etmişik. Hər gün bir dəfə olmaqla bələdiyyənin zibil maşını kəndin zibillərini toplamaqla kənddən kənarında düzəldilmiş quyulara atır. Və bələdiyyə iclasının qərarıyla hər ailə ayda iki manat olmaqla bələdiyyənin büdcəsinə keçirir. Əldə edilən vəsaitlə kommunal xidmət sahəsinin saxlanmasına yönəldilir.

Sədr sonda bildirib ki, məsələnin ictimailəşdirilməsi yəqin ki, yerli sahibkarların diqqətini cəlb edər, bununla da problemin kökündən həllinə nail olmuş olarıq.

Qeyd edək ki, Belediyye.infonun qaldırdığı məsələ Kənd Təsərrüfatı Nazirliyinin diqqət mərkəzində olmalı və yaranmış problemin həllinə öz töhvələrini verməlidir.

P.S. Bütün tərəflərin fikirlərini verməyə hazırıq.

Şəklilləri iqtisadçı - alim  Nazim Bəydəmirli  təqdim edib

Belediyye.info

ŞƏRHLƏR