"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nizami Sadıqovu fərqləndirən əsas cəhət: YUBİLYARA ÜRƏK SÖZÜM

--2020-04-09 / 18:21

Böyük ağdamlı olmaq arzusu

Xalq şairimiz Musa Yaquba   sədaqətli dostlarından biri məclisdə irad tutdu ki, qardaş uzun illərdir dostluq edirik, niyə mənim də adımı heç olmasa bir şeirində çəkmirsən deyəndə, şair yerində qurcalaqlanıb cavab verdi: - qeyd eləmişəm, ömür vəfa etsə bir də edərəm. Şair bu cavabıyla dostunu əslində yola vermiş oldu. On il ərzində birgə çalışdığım insanı yaxından tanıdığımdan bilirəm ki, bir çoxlarından fərqli olaraq Musa Yaqub şeiri beynindəki fikirlə deyil, ürəyinin səsinə qulaq asaraq yazır.

Bizdə belə bir məktəb keçdiyimizdən bu yazıda məhz dahi şair kimi ürəyimizin səsin eşidib bəzi məqamları qeyd etmək istərdim. Mənim üçün son bir neçə ildə ən çox fikir mübadiləsi apardığım bir insana ürəkdən gələn sözləri yazmaqdan başqa firkim də yoxdur. Qohumluq əlaqəsi olsa, ən əsası yaxın qonşum olan insan haqqında qısa şəkildə bəzi fikirlərimi bildirmək istərdim. Həm də ona görə ki, əziz qonşum ömrünün 70-ci yazını yaşayır.

Bəli, aprel ayının 12-də həmsöhbətimin 70 yaşı tamam olur.

25 ilə yaxın daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb. Polkovnik rütbəsində təqaüdə çıxıb. Sonra beş ilə yaxın icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Yəqin ki, mənim daha çox Ağdamla bağlı maraqlandığım üçün söhbətin də məhz Ağdam RİH-in sabiq başçısı Nizami Sadıqovdan getdiyini hiss etdiniz.

Bəli, söhbət sabiq məmurdan gedir. O məmurdan ki, vəzifəsini tərk etdikdən sonra çalışdığı rayonun əhalisinin ona olan hörməti, izzəti birə beş artıb. Bu gün həmsöhbətim həmişəkindən daha ürəklə məclislərə gedib iştirak edir, gənclərə təcrübəsini paylaşır. Təkrar olsa da deməliyəm ki, müstəqil ölkəmizin Ağdamının işğal altında olmayan hissəsinin dirçəlişi məhz onun rəhbərliyi dövründə başladı. Bununla da dövlət başçsının onun qarşısında qoyduğu bütün tapşırıqları layiqincə yerinə yetirməklə sakinlərin dövlətinə olan sevgisini artırmış oldu.

Çalışdığı dövrdə çoxsaylı layihələri icra edən Nizami Sadıqovun ən uğurlu layihəsi Ağdamın işğalının 20-ci ildönümündə onminlərlə insanın iştirak etdiyi yürüş idi.

Ağdamın tarixini dəqiqliklə bilən, habelə rayonda və şəhərin özündə formalaşan böyük ağdamlı fikrini geniş ictimai müzakirəyə çıxaran Nizami Sadıqov bu gün təqaüddədir. Ancaq Vətəninin bir parçası olan Ağdamının, habelə doğulub boya-başa çatdığı Sarhacılı kəndinin erməni işğalı altında olması onu rahat yatmağa qoymur, odur ki, harada olmasından asılı olmayaq doğma Ağdamının təbliği ilə bu gün də məşguldur. Aqdamlı.az saytını yaradıb. Ozünün Ağdam rayonuna rəhbərlik etdiyi vaxt həyata keçirdiyi bütün layihələri məhz həmin sayta yerləşdirməklə təcrübəsini paylaşmış olur.

Qısası, indiki bəzi məmurlardan fərqli olaraq sabiq məmuru, Nizami Sadıqovu fərqləndirən əsas cəhəti isə sözünün hökmünün olması və sözünü daimi tutmasını hesab etmək olar...

Beləliklə, əziz bir gündə həm də gözəl ailə başçısı olan Nizami Sadıqova nəyi arzu edərdim?

Nizami müəllimə ən böyük arzum ona ilk olaraq doğma Sarhacılısının, Ağdamının bərpasında yaxından iştirak etməsini arzulamaqdır. Çətin və müşkül arzu olsa da, inanıram ki, “biz birlikdə daha güclü olduğumuzdan” koronavirus pandemiyasından qurtulmaqla, doğma torpaqlarımıza da qayıda biləcək, böyük qayıdışla bağlı nəzərdə tutduğumuz bütün layihələri icra etmək şansımız daha yüksək olacaq.

Vüqar Tofiqli

ŞƏRHLƏR