"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nizami bələdiyyəsində "Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir"mövzusunda tədbir keçirilib

--2019-03-01 / 18:57

Nizami bələdiyyəsinin inzbati binasında "Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir"mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı Nizami bələdiyyəsi yayıb.

Bir mart tarixinin "Ümumdünya Mülki Müdafiə günü" olmasıyla bağlı Nizami bələdiyyəsi tərəfindən təsdiq olunmuş illik plana və Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilmiş  müraciətə əsasən "Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir"mövzusunda keçirilən tədbirdə bələdiyyə sədri Vüqar Quliyev, bələdiyyənin sədr müavinləri və bələdiyyə qulluqçuları iştirak ediblər.

Tədbirdə qeyd edilib 1972- ci ildə Ümumdünya Mülki Müdafiə təşkilatının təsis edildiyi gün bu gün "Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilir.

Tədbirdə mövzu ətrafında çıxış edənlər uşaqların təhlükəsizliyinin təmin olunması böyüklər tərəfindən müxtəlif üsullarla qarşısının alınması və onlara düzgün aşılanması yaxından təhlil edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR