"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Niyazi Bayramov sakinlərlə görüşüb

--2019-10-08 / 18:30

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb. Görüşdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Görüşdə sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması üçün müvafiq təbirlər görülüb.

İşlə təminat, ara küçələrin asfaltlanması, səkilərin səligəyə salınması, şəhərin müəyyən yerlərində dayanacaqların quraşdırılması, zibil qutularının qoyulması müraciətlərin əsasını təşkil edib.

Görüşdə iştirak edən M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin müəllimi kollektiv və valideynlər adından çıxış edərək, səhər və günorta saatlarında təhsil müəssisəsinin giriş qapısı önündə yaranan sıxlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirin görülməsini xahiş edib. O, bildirib ki, sıxlığa məktəbin yaxınlığında avtomobillər üçün dayanacağın olmaması, habelə ictimai nəqliyyat vasitələrinin məktəb binası önündə dayanması səbəb olur.

Bunlarla yanaşı şəhərin bəzi ərazilərində mavi yanacağın təzyiqindən şikayətlənənlər olub. Sakinlərə bildirilib ki, buna səbəb magistral xəttlərin köhnə olmasıdır. Hazırda bu istiqamətdə iş aparılır və həmin xəttlər yenilənir. Yaxın zamanda mövcud problem aradan qaldırılacaq.

Çoxmənzilli binaların həyətlərində uşaqlar üçün oyun meydançalarının olmamasından şıkayətlənən sakinlərə bildirilib ki, həyətlərin abadlaşdırılması məsələsi gündəmdədir.

Görüşdə sakinlərin fərdi müraciətləri də dinlənilib. Səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Gəncə ŞİH

ŞƏRHLƏR