"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Niyazi Bayramov ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin ofis rəhbərilə görüşüb

--2019-05-20 / 12:56

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri Duane Voy ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Aqrar Siyasət Məsələləri Şöbəsinin baş məsləhətçisi Cəfər Məhərrəmov Azərbaycan Dövlət Aqrar Universitetin rektoru İbrahim Cəfərov və başqaları iştirak ediblər.

Niyazi Bayramov bildirib ki, Gəncə aqrar sahənin inkişaf etdiyi rayonlarla əhatə olunub. Bura həmin rayonların ixrac mərkəzi hesab edilir. O vurğulayıb ki, Respublikada yeganə aqrar mütəxəsis yetişdirən ali məktəb olan ADAU-nun bu sahənin inkişafına verdiyi tövhə danılmazdır. Şəhər rəhbəri həmçinin bildirib ki, hazırda ölkədə qeyri-neft sektorunun inkişafı prioritet məsələlərdən biridir. Bu istiqamətdə aqrar sahəyə də böyük diqqət göstərilir, geniş islahatlar aparılır.

ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri Duane Voy səmimi qəbula görə təşəkkür edib. O bildirib ki, kənd təsərrüfatının inkişafında bank-sığorta sisteminin dəstəyinə böyük ehtiyac var. Azərbaycanda bu sahədə Türkiyə modeli əsas götürülür. O qeyd edib ki, aqrar sığortanın geniş tədbiqi kənd təsərrüfatının sürətli inkişafını təmin edir.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib, şəkil çəkdirilib.

Gəncə Şəhər İcra Hakimiyyəti

ŞƏRHLƏR