"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

NƏSİMİ BƏLƏDİYYƏSİNDƏ CƏRƏYAN EDƏN PROSESLƏR

--2020-11-23 / 06:21

Koronovirus pandomiyası bütün sahələrlə yanaşı ölkə bələdiyyələrinin inkişafına da öz mənfi təsirini göstərmiş oldu. Bu gün ölkəmizdə formalaşan 1606 bələdiyyənin hər birində bu çətinlik hiss edilməkdədir. Məcburiyyət qarşısında qalan bəzi sədrlər bələdiyyə qulluqçularını öz hesablarına məzuniyyətə buraxdı, bəziləri maliyyə çətinliyi ucbatından əməkhaqqlarının azaldılmasını həyata keçirdi, bəziləri isə bütün işçilərdən “könüllü” olaraq işdən azad olunma ilə bağlı ərizə aldı.

Bu gün sadalanan proseslərin yeni seçkidən sonra formalaşan bələdiyyələrdə məhz yeni seçilmiş sədrlər tərəfindən həyata keçirilməsi isə hər kəsdə təəssüf hissi doğurur.

Beləliklə, illərcə bələdiyyələrdə formalaşmış ənənə yeni seçilmiş sədrlərin bir əmriylə pozulmuş oldu. Biz hər hansı bir yeniliyin, bələdiyyələrə yeni nəfəsin gətirilməsinə, kreativ ideyaların kerçəkləşməsinin əleyhinə deyilik. Əksinə bütün sağlam ideyaları təqdir edir, yeri gəldikcə məlumatlar paylaşırıq. Lakin Nəsimi bələdiyyəsində cərəyan edən proseslərin sözün həqiqi mənasında hansı səbəbdən baş verməsi başa düşülən deyil. Budurmu pilot layihə iştirakçılığı və ya kreativ ideyaların kerçəkləşdirilməsi. Səkkiz ayda bir sanitar qovşağın təmirini başa çatdıra bilməyən bələdiyyədə pandomiyanın baş alıb getdiyi bir vaxtda aşağıda qeyd ediləcək sual doğuran addımların atılması açığı aydın deyil. Bu gün saysız-hesabsız işçi bu və ya digər formada az qala “psikdirilərək”, ancaq qanuni don geyindirib ərizə alınaraq işdən azad edilməsini necə başa düşmək olar? Yeni komanda formalaşdıran sədr onu bu cür etməməli idi axı...

Üstəlik yazdığımız ilk yazıya edilən zəngləri də başa düşmədim. Əksinə şəxsən özüm istər sədrə, istər müavininə etdiyim zənglərin cavabsız qalması da başa düşülən deyil. Ancaq sədr müavini Rahib Hacıyevin kiminsə təkidiylə hər dəfə bir bəhanə ilə cavabdan yayınmasını başa düşürəm. Lakin bir müddət dövlət qulluğunda çalışan müəyyən təcrübə toplayan sədr Əziz Zeynalovun bizə və işçilərinə qarşı bu hərəkətinin izahı yoxdur. Sədr olaraq telefonu istənilən vətəndaşa açıq olmalı və ona ünvanlanan suallara cavab verməliydi. Bizimlə, media orqanı olaraq prinsip aparmaqdansa ona kəsilən cərimənin səbəbini açıqlamalı, işdən çıxardığı hüquqşünasın və çoxsaylı insanları narahat edən suallar da cavablandırılmalıydı. Birmənalı olaraq. Nəzərə alaq ki, onu sədr seçilməsiylə bağlı ilk təbrik edən elə mən olmuşam. Amma təəssüf...

Düşünürəm ki, bu yazıda qaldırılan məsələlər Azərabycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Dövlət Əmək Müfəttişliyi tərəfindən artıq cavablandırılıb. Bildiyim qədər bu günlərdə Nəsimi Rayon Məhkəməsi də məhz ədalətli qərar qəbul edib. Lakin digər cavablandırılmayan məqamların Bələdiyyələrlə İş mərkəzi tərəfindən araşdırılacağına, rayonun siyasi rəhbəri tərəfindən və bələdiyyə üzvləri tərəfindən qiymət veriləcəyinə inanıram.      

İndisə mətləbə keçim.

Biz uzun illərdir ki bələdiyyələrin qarşılaşdığı çətinliklərin, üzləşdikləri problemlərin aradan qaldırılmasıyla bağlı ciddi addımlar atır və müəyyən mənada bir çox ciddi mövzuların ictimailəşdirilməsinə və onun həllinə nail ola bilmişik.  Bu istiqamətdə işlərimiz bir gün belə dayanmır. Hər gün gah bələdiyyələrdən narazıların problemlərinin həlli, gahda bələdiyyələrin öz problemlərin həllinə çalışırıq. Əsas məqsədimiz bələdiyyə sisteminin inkişafına, onların qarşılaşdığı problemlərin həllinə nail olmaqdır. Az da olsa buna bu sahədə öz töhvəmizi verə bilirik.

***

Biz bir müddət əvvəl Nəsimi bələdiyyəsində yaranmış vəziyyətlə bağlı ilk yazımızda bələdiyyə sədrinə cavablandlırılması üçün sualları ünvanlamışdıq.

http://belediyye.info/new/details/--6153.htm

O yazıdan bəzi məqamların ardıcıllığın qoruması və anlaşılması üçün təkrar oxucuların diqqətinə çatdırmaq istərdim.

““Bələdiyyənin sabiq hüquqşünası Əli Mahmudovun Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilova 07 sentyabr 2020-ci il tarixdə ünvanladığı ikinci məktubunda deyilir:

“29.07.2020-ci il tarixdə sizə müraciət edərək pandemiya dövründə Nəsimi Bələdiyyəsi sədrinin 01.05.2020-ci il tarixli 35 nömrəli əmri ilə aramızda bağlanmış müddətsiz əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməşi, bir aylıq müddətli mü   qavilə ilə bələdiyyənin hüquq şöbəsinin müdiri vəzifəsindən aşagı hüquqşünas vəzifəsinə keçirilməyim və həmin vaxtdan mənim maaşımın tam həcmdə verilmədiyini bildirmişdim.

Nəzərinizə çatdırıram ki, məlum pandemiya dövründə Nəsimi bələdiyyəsinin sədri tərəfindən mənə qarşı edilən qərəzli hərəkətlərə son qoyulmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozmaqda davam etdirilmişdir.

Belə ki, Nəsimi bələdiyyəsi sədrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin heç bir maddəsinə əsaslanmayan, əmək müqaviləsinə xitam verilməklə tutduğum vəzifədən azad edilməyim barədə 14.08.2020-ci il tarixli 76 nömrəli əmri ilə xəbərdar olunmuşam. Nəsimi bələdiyyəsinin sədri tərəfindən mənə qarşı olan qərəzli hərəkətlər davam etdirilərək 01.09.2020-ci il tarixli 86 nömrəli əmrlə mənimlə imzalanmamış bir aylıq əmək müqaviləsinin müddətinin bitdiyi əsas göstərərək əmək müqaviləsinə xitam verilmişdir. Əmrin qərəzli olduğu onun təsviri hissəsində həqiqətə uyğun olmayan və əmrin nəticə hissəsində göstərilməyən xüsusatların qeyd edilməsi ilə də təsdiq olunur. Hər iki əmr Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə zidd olduğu üçün əsassız və qanunsuzdur.

Nəsimi bələdiyyəsi tərəfindən yuxarıda göstərilən kobud qanun pozuntularını aradan qaldırılması üçün ictimai nəzarəti həyata keçirən orqan kimi qanuna müvafiq qaydada tədbir görməyinizi xahiş edirəm.”

Əli Mahmudovun birinci məktubuna isə həmkarlar təşkilatının cavabı ləngiməyib. Bir neçə dəfə təşkilatın hüquqşünası Məhəmməd Kərimov Nəsimi bələdiyyəsinin inzibati binasında rəsmilərlə görüşüb, vəziyyətə aydınlıq gətirməyə çalışıb. Sonda həmkarlar təşkilatının bələdiyyəyə ünvanladığı cavab məktubunda bələdiyyənin hərəkətlərinin qanunauyğun olmadığı bildirilib, müddətsiz müqavilə ilə çalışan işçilərin müddətli müqaviləyə, özüdə aylıq müqavilə imzalamaq şərtiylə keçirilməsi, pandomiya dövründə işçinin işdən azad edilməsinin yolverilməz olması bildirilmişdir.

Etiraf etməliyik ki, hüquqşünas Əli Mahmudovun fəaliyyətində yəqin ki, qüsurlarda olub, yalnışlıqlarda. Ancaq bu yanlışlıqlar təkrarlanıbsa demək sədr və bələdiyyənin digər rəsmiləri yerində olmayıb. Konkret. Olsaydılar nöqsanlar, əgər ümumiyyətlə olubsa, təkrarlanmazdı. İstənilən halda sədr işçini işdən azad etmək istəyirsə onun atdığı addım yuxarıda dediyim kimi qanuna söykənməlidir, şəxsi prinsipə yox.”

Eyni səpgidə məktub hüşünas tərəfindən Dövlət Əmək Müfəttişliyinə ünvanlanıb. Və sədrə cərimə kəsilib....

***

İndisə Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalova ünvanlanan sualları əlavələrlə təqdim edirəm.

1. Nəsimi bələdiyyəsi ərazidə yerli vergilərin yığılması üşün “Labour and goods service" (Əmək və mallar xidməti) MMC ilə müqavilə bağladığı deyilir. Bu fakt nə dərəcədə həqiqətə uyğundur. Nəzərə alaq ki, əgər belə bir addım atılıbsa bu qanun pozuntusu yox, tam cinayət tərkibli bir addımdır. Və hətta həmin müəssisənin təsiçisinin bələdiyyə qulluqçularından birinin yaxın qohumu olduğu deyilir.

2. Bələdiyyənin ştat cədvəlinin genişləndirilməsi və əmək haqqı fondunun 18 970 manatdan 32 650 manata yüksəldilməsi nə ilə bağlı olub? Yeni 3 idarənin və 8 şöbənin yaradılması, işçilərin sayının 39-dan 51-ə çatdırılması, 32 sıravi işçiyə 19 rəhbər ştatının olması, eyni zamanda işçilərin əməkhaqqının artırılıb və azaldılmasında hansı meyarlara və ya normativ hüquqi sənədlərə istinad edilib?

3. İlk bələdiyyə iclasından dərhal sonra kollektivin bütün üzvlərinin işdən azad edilmələri barədə “könüllü” olaraq ərizələrin alınması nə ilə bağlı idi?

4. Kollektivin bütün üzvlərinin may ayından etibarən müddətsiz müqavilədən müddətli, özüdə aylıq müqaviləyə keçirilməsi hansı qanuna və ya qərara söykənir?

5. Bələdiyyənin hüquqşünası işləmiş Əli Mahmudovun hüquqlarını müdafiəsiylə bağlı müraciət etdiyi Dövlət Əmək Müfəttişiliyi bələdiyyə sədri olaraq Sizə 1500 manat cərimə kəsilib. Bu məqamı necə dəyərləndirisiz? (Əlavə edim ki, Nəsimi bələdiyyəsi tərəfindən Əmək qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması haqda yuxarıda göstərilən xüsusatlarla əlaqədar olaraq, hüquqşünas tərəfindən əmək qanunvericiliyinin icrasına dövlət nəzarətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət olunub. Nəsimi bələdiyyəsi tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilərək, inzibati protokol tərtib olunub. Xidmətin 15.10.2020-ci il tarixli MN 0646465 nömrəli qərarı ilə Nəsimi bələdiyyəsinin sədri əmək qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada cəzalanaraq 1500 manat cərimə olunmuşdur.)

6. Nəsimi Rayon Məhkəməsi Sizin işdən azad etdiyiniz hüquqşünası işinə bərpa etməsi və ötən müddət ərzində ödəniıməmiş əməkhaqqının verilməsiylə bağlı qərar qəbul etidyi bildirilir. Sizin məhkəmənin bu qərarına münasibnətinizi bilmək maraqlı olardı.

P.S. Sualların cavablandırılacağı təqdirdə dərhal sayta yerləşdiriləcəkdir.

P.S.S Qeyd edim ki eyni ssenari ilə proses Binəqədi rayonu Xocasən bələdiyyəsində baş verib. Novbəti yazıda da bu məqama toxunacağıq.

P.S.S. SMövzunu diqqətdə saxlayacağıq.

Vüqar Tofiqli

ŞƏRHLƏR