"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi "Yerli Demokratiya Həftəsi" çəçivəsində sakinlərlə ilk görüşünü keçirib

--2018-10-16 / 20:18

Nəsimi bələdiyyəsi bu gün 54 saylı orta məktəbdə "Yerli Demokratiya Həftəsi" çəçivəsində sakinlərlə ilk görüşünü keçirib.

Bu barədə məlumatı Nəsimi bələdiyyəsi yayıb.

Görüşdə Nəsimi RİH başçısının birinci müavini xanım Gülarə Verdiyeva da iştirak edib.

Görüşdə geniş nitqlə çıxış edən Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov ölkəmizin bütün bələdiyyələri ilə yanaşı Nəsimi bələdiyyəsinin də həftə ərzində aktiv iştirak etməyi planlaşdırır. Bununla bağlı ötən həftə keçirilən bələdiyyə iclasında həftənin proqramı təsdiq edilmişdir. Proqrama salınmış tədbirlərin əsas məqsədi seçicilərin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyələrin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə operativ və əsaslı baxılması və digər bu kimi mühüm məsələləri özündə birləşdirən aksiya çərçivəsində seçicilərlə açıq və qapalı məkanlarda görüşlərin keçirilməsi, əhalinin sıx toplaşdığı məkanlarda "poçt qutu"larının yerləşdirilməsi və bu kimi çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Həftə ərzində sakinlərlə beş görüşün keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı əsas diqqəti gənclələr və yeniyetmələrlə işə yönləltmişik.

Çıxışında sədr N. Qaraxanov Nəsimi RİH-in daim bələdiyyənin həyata keçirdiyi layihələrə dəstək verdiyini xüsusilə qeyd edib.

Bələdiyyə sədri çıxışında daha sonra bildirib ki, həqiqətən də hər il ölkəmizdə keçirilən” Azərbaycanda Yerli Demokratiya Həftəsi” ərazidə yaşayan vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır.

Tədbirdə rayon sakinlərİ təklif və tövsiyələrini bildiriblər.

Sonda sakinlərin bələdiyyəyə ünvanladıqları suallar cavablandırlımışdır.

Belediyye.info

ŞƏRHLƏR