"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi hesabatını müzakirəyə çıxardı

--2016-01-26 / 09:52

Nəsimi bələdiyyəsinin növbəti iclası keçirilib. Bu barədə Belediyye.infoya  məlumat bələdiyyədən daxil olub. İclasda müzakirə olunan məsələlərdən biri də bələdiyyənin sakinlər qarşısında hesabat verməsi olub. Hesabat  layihəsiylə çıxış edən sədr Nazim Qaraxanov ötən il ərzində bələdiyyənin qazandığı uğurlardan danışıb.

Sədrin sözlərinə görə, ötən il ərzində bələdiyyənin büdcə gəlirləri 40%-dək artıb. Bununla yanaşı bələdiyyənin sosial layihələrə ayrıdğı vəsaitin həcmi də iki dəfə yaxın artıb. Bu  məqama bələdiyyənin aztəminatlı ailələrə ayırdığı vəsaitdə daxildir. Yeni ildə də bələdiyyə bu istiqaməti diqqətdə saxlayıb. Belə ki, “20 Yanvar” qanli faicə ərəfəsində  bələdiyyənin qərarıyla rayonun 50 nəfər şəhid ailəsinə hər birinə 50 manat hesabıyla maddi yardım paylanılıb.

Sədr bələdiyyənin digər bir nailiyyəti kimi beynəlxalq əlaqələrinin qurulmasını və bu istiqmətdə artıq bir sıra ölkələrin  bələdiyyə qurumları ilə dostluq-qardaşlıq əlaqələrinin qurulduğunu dilə gətirib.

Bələdiyyə iclasında sədrin təqdim etdiyi hesabat  qənaətbəxş hesab edilərək yaxın günlərdə geniş ictimaiyyətə təqdim edilməsi qərara alınıb.

Belediyye.info

 

 

 

ŞƏRHLƏR