"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi “Abad məhəllə” layihəsini davam etdirir

--2016-06-25 / 23:29

Nəsimi bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin təşəbbüsü ilə rayon ərazisində “Abad məhəllə” layihəsini gercəkləşdirməyə başlayıb.

İlk olaraq Azadlıq prospekti 125 ünvanda başlanan layihə çərçivəsində ərazi abadlaşdırılmaqla yanaşı uşaqlar üçün attraksionlar da quraşdırılır.

Bununla yanaşı ərazidə  sakinlərin asudə vaxtının  səmərəli təşkili üçün hazırda söhbətkeşdə quraşdırılır. Yaxın günlərdə  ərazidə işlərin yekunlaşacağı bildirilir.

Qeyd edək ki, bələdiyyə iclasının qərarıyla rayonun digər ərazilərində də  həyata keçiriləcək.

Belediyye.info

ŞƏRHLƏR