"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsib Məhəməliyev: “Bələdiyyə üzvü vətənpərvər, dövlətçiliyə sədaqətli və peşəkar olmalıdır”

--2019-10-15 / 19:55

Bu günlərdə Milli Məclisin bir sıra üzvlərinə təmsil etdikləri rayonlardakı bələdiyyələrin fəaliyyətiylə bağlı suallar ünvanlamışdıq.

İlk olaraq suallarımızı 109 saylı Balakən seçki dairəsindən Milli Məclisin üzvü Nəsib Məhəməliyev cavablandırıb. 

Qeyd edək ki, Nəsib Məhəmməd oğlu Məhəməliyev 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.2000-2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

-Sizi bir millət vəkli olaraq bələdiyyələrin fəaliyyəti qane edirmi?

-Hesab edirəm ki, ümumiləşdirmək doğru deyil. Kifayət qədər gördüyü müsbət işlərlə fərqlənən bələdiyyələr vardır. Hər bələdiyyənin fərdi qaydada fəaliyyəti təhlil olunaraq qiymətləndirmək lazımdır.

-Təmsil etdiyiniz rayonun bələdiyyələrinin fəaliyyətiylə bağlı hansı təklif və tovisyəniz olub? Keçirdiyiniz görüşlərdə onlar hansısa problemi qaldırıblarmı?

-Balakən rayonunun bələdiyyələri də həmçinin respublikada, bələdiyyələr haqqında, mövcud qanunvericiliyə uyğun fəaliyyətlərini qururlar. Hər dəfə seçicilərlə görüş çərçivəsində bələdiyyələrlə də görüşürəm. Hər bələdiyyənin yerləşdiyi bölgəyə, mövcud spesifik xüsusiyyətləri nəzərə almaqla təklif və tövsiyələrimizi veririk. Təbii olaraq əhalini narahat edən problemlər qaldırılır və mümkün olanları həll olunur, yaxud aidiyyəti orqanlar qarşısında qaldırılır.

-Qarşıdan gələn seçkilərdə bələdiyəyə üzvülüynə namizədlərə nəyi və hansı məqamlara üstünlük vermələrini istərdiniz?

-İlk növbədə bələdiyyə seçkilərində iştirak etmək arzusunda olan şəxslər, bu sahə üzrə qanunvericiliyi yaxşı bilməlidirlər. Üzvü olmaq istədikləri bələdiyyənin iqtisadi potensialı barədə məlumatlara malik olmalı, əhalisini tanımalı,problemləri və onların həlli yollarını bilməlidirlər. Ən əsası isə vətənpərvər, dövlətçiliyə sədaqətli, peşəkar olmalıdırlar.

Belediyye.info

ŞƏRHLƏR