"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov rayonunda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib

--2022-05-10 / 11:30

Nərimanov RİH-in təşəbbüsü və Nərimanov bələdiyyəsinin iştirakıyla Vətən müharibəsi şəhidi Səbuhi Sadıqovun xatirəsinə həsr edilmiş mərasim keçirilib.

Ailə üzvləriylə görüşdə Nərimanov RİH başçısı Elgin Həbibullayev hər bir Azərbaycan vətəndaşının ərazi bütövlüyümüzün qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanımalı olduğunu qeyd edib.

İcra başçısı Vətən müharibəsi iştirakçısı, şəhid Səbui Sadıqov  kimi müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların hər zaman gənc nəslə örnək olduğunu vurğulayıb.

Mərasim evində davam etdirilən xatirə gecəsində çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını qurban verən Səbuhi Sadıqov heç zaman unudulmayacaq, gənclərimiz onu özlərinə daim örnək biləcəklər.

Tədbirdə çıxış edən şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər, xatirələrini bölüşüblər.

Qeyd edək ki, 9 may tarixi Səbuhi Sadıqovun həmdə doğum günüdür.

28 sentyabr 2020-ci ildə Vətən müharibəsində könüllü olaraq yollanan, ailəsi ilə "Vətən dardadır" deyərək sağollaşan Səbuhi Sadıov "dua et ana mən arzuma çatım" sözlərini demişdir. O, Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Noyabrın 5 – də Füzuli rayonunun Əhmədbəyli kənd qəbirstanliginda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Səbuhi Sadıqov ölümündən sonra "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

ŞƏRHLƏR