"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsi 350-dən artıq ailəyə “Qurban payı” göndərib

--2022-07-13 / 16:07

Nərimanov bələdiyyəsi “Qurban bayramı” münasibətiylə bələdiyyə iclasının qərarıyla ümumilikdə 350 nəfərdən artıq aztəminatlı ailəyə, o cümlədən rayon ərazisində yaşayan şəhid və qazi ailələrinə ərzaq yardımı paylamışdır.

Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Bələdiyyədən verilən məlumata görə, yerli özünidarəetmə orqanı kimi mütəmadi olaraq rayon ərazisində müxtəlif məzmunlu sosial layihələr həyata keçirir.
Qeyd edək ki, Nərimanov bələdiyyəsi seçicilərinə verdikləri öhdəlikləri yerinə yetirmək üçün hər il çoxsaylı layihələrə imza atırlar.

Belediyye.info

ŞƏRHLƏR