"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Neçə bələdiyyənin xəritəsi hazırdır?

--2021-10-21 / 18:23

Belediyye.infonun İqtisadiyyat Nazirliyinə ünvanladığı sorguya cavabında bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanıyla təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydaları”na uyğun olaraq İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu günədək ölkə üzrə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) 1436 bələdiyyədən 909 bələdiyyənin xəritəsi hazırlanaraq müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırlıb, Milli Məclisə təqdim etmək üçün Prezident Adminstrasiyasına təqdim edilib. Bununla yanaşı 18 bələdiyyənin xəritəsi müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılıb. 509 bələdiyyənin xəritəsi isə müavafq rayon və bələdiyyələrlə razılaşdıma mərhələsindədir.  

Əalvə edək ki, bu rəqəmlər cari ilin may ayında kı sorğumuzda bü şəkildə verilmişdi yəni, ölkə üzrə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) 1436 bələdiyyədən 621 bələdiyyənin xəritəsi müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılmış və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunmaq üçün Prezident Adminstrasiyasına təhvil verilmişdir. 205 bələdiyyənin xəritəsi müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırlmış və Milli Məclisə təqdim olunmaq üçün Prezident Adminstrasiyasına təhvil verilmə mərhələsindədir, 610 bələdiyyənin xəritəsi isə müvafiq rayon və şəhər icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırma mərhələsindədir.

Belediyye.info

ŞƏRHLƏR