"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nazim Qaraxanov: “Nəsimi bələdiyyəsinə il ərzində qeydiyyata düşmüş vergi ödəyicilərindən 702 min manat əmlak vergisi daxil olmalıdır. Ancaq bu rəqəmin...”

--2019-04-22 / 17:35

“Nəsimi bələdiyyəsinin ərazisində 50 minə yaxın təsərrüfat vardır. Bunların 12 mini güzəştli təbəqəyə aid olan vətəndaşlara məxsus əmlakdır. Mövcud olan rəqəmin yalnız 19 min nəfəri bələdiyyənin ciddi təbliğatı nəticəsində qedyiyyata düşüb”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov bildirib.

Sədrin sözlərinə görə, Nəsimi bələdiyyəsinə il ərzində qeydiyyata düşmüş vergi ödəyicilərindən 702 min manat əmlak vergisi daxil olmalıdır. Ancaq bu rəqəmin yalnız 350 min manata yaxın vəsait daxil olur. O da bələdiyyənin vergi müfəttişlərinin ciddi səyi nəticəsində əldə olunub. Təxmini hesablasaq görərik ki, əhalidən son 3 il ərzində alacağımız məbləğin həcmi bir milyon manata çatır.

Hələ də yeni tikililərdə çıxarışların verilməsində problüm qalmaqdadır. Əksər yeni tikililərin dövlət qəbulu olmadığından vətəndaşlar çıxarışlar ala bilmir və nəticədə bu əmlak sahiblərindən vergi toplamaq çətinləşir. Bələdiyyənin bu istiqmaətdəki problemini həll etmək üçün qanunlarda ciddi dəyişikiliyin edilməsinə ehtiyac vardır. Bu fikirləri də Nəsimi bələdiyyəsinin sədri Naizm Qaraxanov deyib.

Belediyye.info

ŞƏRHLƏR