"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nazim Qaraxanov üçün özəl gün

--2019-11-11 / 06:06

2014-cü ilin dekabrında keçirilən sonuncu bələdiyyə seçkiləri bələdiyyə sisteminə sanki yeni bir nəfəs gətirdi.

Bir tərəfdən gənclər, digər tərəfdən qadınların üstünlük təşkil etdiyi bir məqamda təşkilatçılığı ilə seçilən şəxslər də sədr seçildilər.

Seçilənlərdən biri də Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanovdur.

Daim yeniliyə can atan, təşəbbüskar bələdiyyə sədri olan Nazim Qaraxanov bələdiyyələri daim yeni layihələrin icrasına öz fəaliyyətiylə sövq edir.

Yerli vergilərin onlayn, stasionar terminallar vasitəsiylə ödənişə başlaması məhz Nəsimi bələdiyyəsinin təşəbbüsü ilə başlanılıb.

Bu gün üç ilə yaxın müddətdə Nəsimi bələdiyyəsinin büdcə gəlirləri də əvvəlki illərlə müqayisədə dəfələrlə artıb.

Beləliklə, bu gün Nazim Qaraxanov üçün özəl gündür.

Əziz dostumuzun, səmimiliyi ilə ətrafında olanları maqnit kimi özünə cəlb etməyi bacaran Nazim Qaraxanovun 57 yaşı tamam olur.

Ad günü münasibətiylə bələdiyyə sədrini təbrik edir və bələdiyyə sistemində bundan maraqlı layihələri həyata keçirməyi arzu edirik.

 Belediyye.info

ŞƏRHLƏR