"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nazim Qaraxanov “Mehmanxanalar yerli vergidən yayınmaq üçün bizə bir rəqəm, Statistika Komitəsinə isə başqa rəqəm təqdim edirlər“ BƏLƏDİYYƏ SƏDRİ TƏKLİF VERİR

--2019-06-07 / 10:49

Nəsimi Bələdiyyəsində mehmanxana rüsumlarının yığım səviyyəsi hansı vəziyyətdədir? Bu istiqamətdə bələdiyyədə hansısa bir təhlil aparılıbmı? Büdcəyə əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün bələdiyyə tərəfindən hansı addımlar atılır?

Bu və digər məsələlərə Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanov aydınlıq gətirir:

-Öncə qaldırılan məsələlərlə bağlı tərəfimizdən aparılan təhlillər nəticəsində həyata kecirdiyimiz fəaliyyət barədə oxucularınıza qısa məlumat vermək istərdim.

Nəsimi rayonunda hazırda qeydiyyata alınmış otel və mehmanxana tipli 19 müəssisə fəaliyyət göstərir.2015-ci ildə yeni tərkibdə bələdiyyəmiz yarandıqdan sonra aparılan məqsədyönlü maarifləndirmə işləri nəticəsində mehmanxana xidmətlərindən bələdiyyəmizin büdcəsinə daxilolmalar aşağıdakı kimi dəyişmişdir:

2015 ci il-50506 manat                                                 (2014 cü il- 7 058 manat)

2016 ci il-81048 manat

2017 ci il-117143 manat

2018 ci il -222138 manat

Cəmi: 470835 manat

Rəqəmlərdən göründüyü kimi otellərdən və mehmanxana tipli müəssisələrdən daxilolmalar bu illər ərzində xeyli artmışdır. Həmin illərin rəsmi statistik məlumatları əldə edilərək Nəsimi Bələdiyyəsi tərəfindən müqayisəli təhlil aparılmışdır.

Azərbaycan Respublikası Statistika Komitəsindən əldə etdiyimiz rəsmi statistik məlumatlarda Nəsimi rayonu ərazisindəki otellər və mehmanxana tipli müəssisələrdə gecələmələrin sayı aşagıdakı kimidir:

2015 ci il----- 187900 qonaq/gecə

2016 ci il-----351200 qonaq/gecə

2017 ci il-----343000 qonaq/gecə

2018 ci il-----575485 qonaq/gecə

Cəmi:1457585 qonaq/gecə

Bu isə öz növbəsində 1457585x1.1manat=1603343 manat vəsait deməkdir.

Göstərilən vəsaitin bələdiyyə büdcəsinə ödənilən vəsaitdən fərqi aşağıdakı kimidir:

(1 603 343 - 470834)=1 132   509 manat. Aparılmış hesablamalardan görünür ki, bu illər ərzində1 132 509 manat vəsait yerli büdcədən yayındırılmışdır. Bu da onu göstərir ki, mehmanxanalar bələdiyyələrə verdiyi hesabatlarda yerli vergidən yayınmaq üçün bir rəqəm,Statistika Komitəsinə isə başqa rəqəm təqdim edirlər.

Bildiyimiz kimi, otellərdən gecələmələr baradə məlumatların yerindəcə əldə edilməsi üçün bələdiyyələrin vergi xidmətinin səlahiyyətləri yoxdur və bunun ancaq Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq qurumlarının apardığı səyyar yoxlamalar zamanı icra edilməsi mümkün ola bilərdi ki, bu yoxlamalar da 2021-ci ilə qədər dayandırılmışdır.

Yerli büdcədən bu qədər böyük miqdarda vəsaitlərin yayındırılmasının qarşısının alınması məqsədi ilə hər bir mehmanxana barədə fərdi olaraq göstəriciləri əldə etmək üçün dəfələrlə Azərbaycan Respublikası Vergilər Nazirliyinə,Statistika Komitəsinə və Miqrasiya Xidmətinə müraciətlər edilmişdir. Həmin dövlət orqanları "Statistik və kommersiya sirri haqqında" Qanuna əsaslanaraq Nəsimi bələdiyyəsinə tələb olunan rəqəmlər haqqında heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8-ci maddəsinə əsasən Bələdiyyələrin Vergi Xidmətinin vəzifəli şəxsləri Vergilər Nazirliyinin vəzifəli şəxsləri ilə eyni hüquq və vəzifələrə, müvafiq qanunvericiliyin pozulmasına görə eyni məsuliyyət daşıdıqlarına baxmayaraq, Bələdiyyələrin Vergi Xidməti tərəfindən tələb olunan məlumatların alınmasında dövlət orqanları tərəfindən heç bir yardım edilmir.

Yazılı müraciətlərdən sonra, Nəsimi bələdiyyəsinin sədri kimi, iki dəfə Vergilər Nazirliyinin müvafiq idarələrinə dəvət olunmuşam və problemlərin həlli ilə bağlı təkliflər vermişəm. Verdiyim təkliflər Vergilər Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən qeydiyyata alınmışdır.

Həmin təkliflər aşağıdakılardan ibarət olmuşdur:

1) Otel və mehmanxana xidməti göstərən fiziki və hüquqi şəxs tərəfindən qonaq olan şəxsə təqdim olunan hesab-fakturada bələdiyyə ödənişinin məbləği --- 1,1 manat ayrıca sətir olaraq göstərilsin.

2) Otel və mehmanxana xidməti göstərən fiziki və hüquqi şəxslər tərəfindən hər rübdə məcmu fəaliyyətlərindən Vergilər Nazirliyinə təqdim etdiyi vergi bəyənnaməsində göstərilən ümumi gəlirin içərisində qonaqların gecələmələrinin sayından formalaşan payın müəyyən edilməsi mümkün deyildir. Otel və mehmanxanalarda qonaqların gecələmələrinin sayını dəqiqləşdirmək üçün Vergilər Nazirliyi tərəfindən həmin bəyənnamələrin forması dəyişdirilməli, bəyannaməyə otel və mehmanxanalarda qonaqların gecələmələrinin sayı qrafası artırılmalıdır. Belə olduğu halda hər bir otel və mehmanxanada rüb ərzində olan qonaqlamaların sayı aydın görünəcəkdir.

3)Yuxarıda göstərilən bəyannamənin elektron variantının yaradılması üçün proqram təminatı işlənilib hazırlanmalı və Bələdiyyələrin vergi xidməti orqanları da Vergilər Nazirliyinin məlumat bazasına inteqrasiya olunmalıdır.

4) Alınmış məlumatların tutuşdurulması üçün Bələdiyyələrin vergi xidməti orqanı əməkdaşına oteldəki məlumat bazasından qonaqlamaların sayı ilə bağlı rəqəmlərin götürülməsinə icazə verilməlidir.

Bu təkliflər həyata keçirilərsə, otel və mehmanxana tipli müəssisələr tərəfindən qonaqlamaların sayının təhrif olunması, yerlli vergilərin ödənilməsindən yayınma hallarının qarşısı alınar və bu sahədə bələdiyyələrə daxilolmalar çox böyük real rəqəmlərə çata bilər. Təəssüflər olsun ki, hal-hazırki dövrə qədər bu sahədə irəliləyiş olmamışdır.

Qeyd edək ki,eyni problem ixtisaslaşmış avtomobil dayanacaqları ilə də mövcuddur.

Bu məsələ ilə bağlı Statistika Komitəsində də xidmətin kodu olmadığı üçün məlumatlar yoxdur.

Uzun sürən məhkəmə çəkişməsi nəticəsində S.Vurgun küçəsi 20 ünvanında yerləşən "Aydın MTK" MMC-yə məxsus yeraltı ixtisaslaşdırılmış avtomobil dayanacağı ödənişlər etməyə cəlb olunmuşdur. Buna baxmayaraq, ixtisaslaşdırılmış yeraltı dayanacaqda sutka ərzində dayanan avtomobillərin sayı barədə dəqiq məlumatları əldə etmək mümkün olmamışdır.

Nəsimi bələdiyyəsinin ərazisində Füzuli küçəsi 42 ünvanında “Qış bağı”nın altında yerləşən avtomobil dayanacağını isə bu günə qədər ödənişə cəlb edə bilməmişik.Belə ki,əvvəllər avtomobil dayanacağı Bakı Şəhər İcra Hakimiyyətinə məxsus olan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə aid olmuşdur. Sonradan həmin yeraltı dayanacaq Bakı Nəqliyyat Agentliyinin balansına verilmişdir.Bu ilin əvvəlindən BNA-nə iki dəfə rəsmi məktubla müraciət etsək də, yeraltı dayanacağın “dövlətə aid olduğunu” əsas gətirərək ödəniş etməyəcəklərini bildirilmişdilər.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinə rəsmi müraciət edərək, Nəsimi Bələdiyyəsinin və Bakı Nəqliyyat Agentliyinin mövqeyini,hüqüq və vəzifələrini aydın izah edən məktubla cavab almışıq.Bu cavab məktubu ilə tərəfimizdən Bakı Nəqliyyat Agentliyinə 07.05.2019 tarixli məktubla yenidən və son dəfə müraciət edilmişdir.Mənfi cavab alınacağı təqdirdə tərəfimizdən məhkəməyə müraciət olunacaqdır.

Əlimizdə dəqiq uçot məlumatları olmadığı üçün əlbəttə ki,ilk olaraq Vergi Məcəlləsinin 57,57.1, 57.2-ci maddələrinə istinad edərək (Maddə 57. Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları) bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.Bu da nəticə vermədikdə növbəti dəfə 100 AZN sanksiya tətbiq edilir.Daha sonra məhkəmə prosesləri və.s.Göründüyü kimi otellərdə olduğu kimi dayanacaqlardan da ilkin uçot məlumatlarını almaq böyük çətinliklər hesabına başa gəlir.

da ödənişdən yayınan sakinlər,qanunun tələblərinə uyğun olaraq məhkəmə İcra Xidmətinə bələdiyyə qərarları göndərilənədək bütün prosedur qaydalarına riayət edilməklə bir neçə dəfə məlumat və xəbərdarlıq alır.Prosedur qaydası ilə carı ildə icra xidmətinə müraciət üçün 148sayda ünvan üzrə qərar verilməsi nəzərdə tutulmuşdur.Əmlak Məsələləri Üzrə Dövlət Komitəsindən 1 Azn müqabilində ünvanlar üzrə çıxarışlar barədə məlumat əldə etmək imkanı verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı bələdiyyələrin yükünü xeyli azaltmışdır.Lakin burda da müəyyən kazuslar baş verir.Belə ki,mənzilin sahibləri bir çox hallarda həmin ünvanda deyil,başqa bir ünvanda yaşayırlar.Daxili İşlər Nazirliyi MAPS Xidmətinə müraciət edərək mənzilin sahibinin daimi qeydiyyatda olduğu ünvanı aşkarlamaq zərurəti yaranır.Bəzən mənzil və sahibləri barədə məlumatı əldə edənədək mənzillər yeni sahibinə alqı-satqı edilir və görülən işlər hədər gedir.

Belediyye.info

                       

ŞƏRHLƏR