"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsinin 2021-ci ilin 6 ay ərzində görülən işlərin yekununa dair Hesabatı

--2021-07-28 / 14:07

Naftalan şəhər Qaşaltı Qaraqoyunlu belediyyesi Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində bir sıra məsələlərin həllində yaxından iştirak etmişdir.

2021-ci ilin 6ay ərzində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu belediyyesi tərəfindən ətraf mühitin yaxşılaşdırılması məqsədi ilə 660 (altı yüz altmış ) ədəd müxtəlif ağac və gül kolları alınaraq əkilmişdir.

Koronavirus pandemiyasının qarşısını almaq məqsədi ilə ölkəmizdə vaksinasiya prosesinə başlanılmışdır. Qaşaltı Qaraqoyunlu bələdiyyəsi əhali ilə maarifləndirici söhbətlər aparmış və əhalinin vaksinasiya olunması prosesində fəal iştirak etmişdir .

Kənd sakinlərinin həyətyanı torpaq sahələrinin suvarılmasını asanlaşdırmaq üçün kəhrizdən kənd ərazisinə qədər olan baş arxlar işlənmiş , qonşu Tap Qaraqoyunlu kəndindən bir ədəd subartezian quyusu alınaraq öz ərazimizde fəaliyyət göstərən subartezian quyusu ilə birləşdirilmişdir ki , bu da kənd əhalisinin suya olan tələbatını qismən də olsa yüngülləşdirmişdir.

Ərazinin məişət tullantılarından təmizlənməsi üçün tərəfimizdən daimi tədbirlər görülür.

2021-ci ilin 6 ay ərzində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsi 27.09.2020-ci il tarixdə cəbhə bölgəsində Dağlıq Qarabağ uğrunda gedən ağır döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən itkin düşmüş 1998-ci il təvəllüdlü Azərbaycan Silahli Qüvvələrinin MAHHXHQ Naftalan şəhər sakini Aslanov Bəxtiyar İlqar oğlunu müharibə bitdikdən sonra 2021-ci ilin fevralında döyüş bölgəsindən nəşi tapılmış və Naftalan şəhərində 13.02.2021-ci il tarixdə böyük insan izdihamı ilə son mənzilə yola salınmışdır.Şehidimizin yas mərasiminin keçirilməsi üçün Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsi ailəsinə 2650 manat pul vəsaiti ayırmışdır.

Vətən müharibəsi zamanı ağır yaralanaraq qazi olmuş Qasımbəyli kənd sakini Tağıyev İlkin Həmid oğlu və Qaşaltı Qaraqoyunlu kənd sakini Həsənov Ceyhun Hacı oğluna Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsi tərəfindən maddi yardim verilmişdir və səhətləri her zaman nəzarətimizdədir.

27 Sentyabr 2020-ci ildə gedən Vətən müharibəsi zamanı mənfur düşmənlər mənfi niyyətlərindən əl çəkmədən dinc sakinləri hədəf alaraq qəsdən ziyan vurmaq məqsədi ilə atılan mərmilər nəticəsində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində Qurbanovlar ailəsinin 5 nəfər üzvü Qurbanov Elburus İsa oğlu, Qurbanova Şəfayət Novruz qızı, Qurbanova Afaq Dəmir qızı, nəvələri Qurbanov Şəhriyar Nadir oğlu, Qurbanova Fidan Elşən qızı şəhid olmuşdur. Mülki şəhidlərimizin məzarının kənarı yağan yağış suları nəticəsində qəzalı vəziyyətə düşmüşdür Bunun üçün Qaşaltı Qaraqoyunlu bələdiyyəsi şəhidlərin məzarının kənarında və kənd qəbirsanlığında abadlıq işləri aparmışdır . Allah şəhidlərimizə rəhmət etsin .

2021-ci ilin 6 ayı ərzində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsi Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində kənd sakinlərinin istifadəsində olan 3 ədəd dayanacaq var və onların yayarsız vəziyyətdə olduğu üçün , kənd sakinlərinin dayanacaqdan istifadədə çətinlik çəkdikləri üçün dayanacaqların təmirə ehtiyacı vardır .Bunun üçün bələdiyyə büdcəsindən dayanacaqların təmiri üçün maliyyə vəsaiti ayrılmışdır.

27Sentyabr 2020-ci ildə gedən agır döyüşlər zamanı Müzəffər ordumuzun əks hücumları başlayan zaman Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Cəfərov Elyeddin Zöhrab oğlu da ordumuzun daxilində düşmənə qarşı döyüşlərdə iştirak etmişdir .29 Sentyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. 10.06.2021-ci ilde yağan güclü yağışlar nəticəsində şəhidimizin evi qəzalı vəziyyətə düşmüşdür . Ailə imkansız olduğundan onların evinin təmiri Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsi olaraq öz öhdəmizə götürmüşük . Bunun üçün bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayıraraq evin dam örtüyü yenisiyle əvəz olunub və evin içi təmir edilir .

Qaşaltı Qaraqoyunlu bələdiyyəsi gələcəkdə də bu kimi tədbirlərin təşkilini və görülməsini davam etdirəcəkdir.

Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsi

ŞƏRHLƏR