"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Naftalan bələdiyyəsinə Avropa İttifaqının sertifikatı verildi

--2022-08-04 / 04:23

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən Şərq Tərəfdaşlığı ölkələri ərazisində icra edilən “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” Proqramı çərçivəsində təşkil olunan regional “Göstər və Danış” (Show&Tell) platformasında Azərbaycanın 6 yerli özünüidarəetmə orqanına qrantlar təqdim edilib.

 Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko bələdiyyələrin bu layihədə iştirakını dəstəklədiyini deyib. O, Aİ-nin ölkəmizdə iqtisadiyyatın inkişafı naminə bələdiyyə sədrləri layihəsinin gerçəkləşdirilməsindən məmnun olduğunu bildirib. O deyib ki, “Şəhər transformasiyası”na 60 min avroyadək, “Portfel səyahəti”nə isə 240 min avro ayrılıb. Bu layihələr bələdiyyələrə təqdim olunub. Aİ Azərbaycan hökuməti ilə bu istiqamətdə sıx əməkdaşlığı davam etdirməkdən məmnundur”, - deyə P.Mixalko diqqətə çatdırıb.

 Qeyd edək ki, “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” Proqramında 6 bələdiyyə - Naftalan, Xırdalan, Urva, Mingəçevir, Səbail bələdiyyələri  və İçərişəhər Dövlət Qoruq idarəsi qalib elan olunublar.

 Xatırladaq ki, “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” Proqramı Azərbaycanda bu ilin martında fəaliyyətə başlayıb və proqrama Azərbaycan üzrə 50 yerli özünüidarəetmə orqanı üzv olub.

https://modern.az/aktual/361749/naftalan-belediyyesine-avropa-ittifaqinin-ve-undp-nin-sertifkati-teqdim-olunub/

ŞƏRHLƏR