"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Naftalan Bələdiyyəsi fəaliyyətini yeni binada davam etdirəcək - Fotolar

--2021-04-17 / 06:18

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalan Bələdiyyəsinin yeni binası ilə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, icra başçısı binada yaradılan şəraitlə, işçilərin iş şəraiti ilə maraqlanıb.

Binanın fasad hissəsinin işıqlandırılmasında alternativ enerji mənbəyi olan günəş enerjisi ilə qidalanan lampa və solar batareyalardan istifadə olunub.

Xatırladaq ki, bir müddət öncə Naftalan şəhərində Qələbə parkında gecə işıqlandırılması üçün günəş batareyaları ilə işləyən yeni işıq dirəkləri quraşdırılıb.

Həmçinin yeni binada Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və “Naftalan” qəzeti redaksiyası fəaliyyət göstərəcək.  

https://qafqazinfo.az/news/detail/naftalan-belediyyesi-fealiyyetini-yeni-binada-davam-etdirecek-fotolar-320604

ŞƏRHLƏR