"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nadir Orucov: “Bu günədək bələdiyyəyə mülkiyyətə torpaq və əmlakın verilməməsi fəaliyyətimizə ciddi problem yaratmaqdadır”

--2022-06-22 / 19:27

“Bələdiyyənin son iki ildəki fəaliyyəti müəyyən mənada bizi qane edir”- bu fikirləri Belediyye.infoya Ağsu bələdiyyəsinin sədri Nadir Orucov bildirib. Sədrin sözlərinə görə, Ağsu şəhərində bələdiyyə-icra münasibətləri qarşılıqlı əlaqələr üzrə qurulub və mütəmadi olaraq tənzimlənir.

“Bələdiyyə qulluqçuların sosial məişət qayğıları öz həllini necə tapır” sualını cavab verən sədr bildirib ki, qulluqçuların sosial məişət qayğılarını yaxşılaşdırmaq üçün onlara mütəmadi olaraq maddi yardımlar edilməklə yanaşı, bələdiyyədə normal fəaliyyətləri üçün şəraitin yaradılması daim diqqətdə saxlanılır.

Bələdiyyənin əsas büdcə gəlirləri əsasən əmlak və torpaq vergilərindən və torpaq satışından formalaşdığını deyən sədr bildrib ki, bu günədək bələdiyyəyə mülkiyyətə torpaq və əmlakın verilməməsi fəaliyyətimizə ciddi problem yaratmaqdadır.

Hazırda bələdiyyə büdcəsində əmlak və torpaq vergisinin həcmini artırmaq üçün bələdiyyənin vergi şöbəsi yeni yaranmış obyektləri qeydiyyata alır və əhali arasında vergiyə cəlb etmək üçün maarifləndirmə işləri aparır.

Bu gün bələdiyyənin səlahiyyətlərinin məhdud olması, o cümlədən maliyyə cəhətdən zəif olması və bələdiyyənin perspektiv inkişaf fondunda torpaq sahəsinin olmaması fəaliyyətimizə ciddi problem yaratdığından bizə müraciət edən seçicilərimizində müraciətlərinin həllində cətinlik çəkirik.

Bizim məqsədimiz layihələrin icrasına bütün bələdiyyə üzvlərini cəlb etməklə qarşılaşdığımız problemlərin həllinə nail olmaqdır.

Belediyye.info

ŞƏRHLƏR