"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nadir Əsədov dünyasını dəyişib

--2022-01-25 / 06:09

Çox dəyərli insan, ziyalı, Sabunçu rayonu Bakıxanov bələdiyyəsi sədrinin 1-ci müavini Nadir Əsədov bu gün haqqın rəhmətinə qovuşub.

Uzun illər bələdiyyə üzvü olan, on ilə yaxın Bakıxanov bələdiyyəsinin sədri vəzifəsində çalışan N.Əsədov bələdiyyə sisteminin inkişafında xüsusi rolu olub.

Ömrünün son illərində Respublika Ağsaqqallar Şurası Sabunçu təşkilatının sədri vəzifəsinə çalışıb.

O həmdə Birinci Qarabağ müharibəsində şəhid olan Sirac Əsədovun böyük qardaşıdır.

Əsədovlar ailəsinə dərin hüznlə baş sağlığı veririk.

ALLAH RƏHMƏT ELƏSIN!

ŞƏRHLƏR