"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nabran bələdiyyəsinin hesabatı

--2023-02-06 / 15:41

Bu müasir dövrdə bələdiyyələrdə maliyyə idarə etməsinin inkişafı ilə bağlı əsas qarşıya qoyulan məsələlər beynalxalq standartlara cavab verən sistemin formalaşmasıdır.

 Dövlət siyasəti nəticəsində yerli özünüidarəetmə sistemi getdikcə möhkəmlənir. Ölkə daxilində bələdiyyələrdə baş verən müsbət dəyişiklilər öz rolunu aydın göstərir. Bunların ildən-ilə necə inkişaf etdikləri və idarəçilikdə hansı mövqedə qurduğları,inzibati ərazinin əhalisi ilə birgə iş görmələri nəzərdən yayınmır.

“2-ci Qarabağ” müharibəsi, Respublikamızın inkişafının, güclənmiş siyasətini bir daha sübut etdi. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Ali baş komandan, Cənab Prezident İlham Əliyev 44 gün ərzində, Azərbaycanın xarici təzyiqlərə məruz qalmasına baxmayaraq, xalqın ruhunu və əzmini hiss edərək hər gün demək olar ki, bizi yeni alınan ərazilərin xəbərini verməklə sevindirirdi. Nəhayət, 10 noyabr gecə saatlarında Ali Baş Komandan xalqımıza o müjdəli xəbəri verir və Azərbaycanın 44 günlük müharibədə qalib gəldiyini elan edir.

Əlbətdə ki, müharibədə qalib gəlmək nə qədər gözəl hiss olsa da unutmayaq ki, bu qələbə şəhidlərimizin canı, qazilərimiz qanı bahasına başa gəlib. Nabran bələdiyyəsi ərazisindən də bu müharibədə iştirak edən xeyli insan vardı. Bunlardan bir də, Nabran kənd sakini Məmmədov İlahəddin Dilyamuddin oğlu idi. İlahəddin “2-ci Qarabağ” müharibəsində yüksək əzm və şücayət göstərərək müharibənin 15-ci günü yəni 12 oktyabr 2020-ci ildə Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Məmmədov İlahəddin Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə","İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə" ,"Kəlbəcərin azad olunmasına görə""Azərbaycan Bayrağı" medalları ilə təltif olunub.

Nabran bələdiyyəsi də, həmişə şəhidi diqqət və qayğıda saxlıyaraq qəbrin üzərində “asma tavan” tikmiş, şəhidin bütün yas mərasimlərini təşkil etmiş, şəhidin yaşadığı məhəllənin önündə onun şəkildən abidəsini düzəltdirmişdir. Hər ildə qələbə bayramında, şəhidin ad günündə, şəhid olduğu gündə şəhidimiz anılaraq abidəsinin önündə əkililər qoyulur. Bundan başqa hər bayramda şəhidin ailəsinə Nabran bələdiyyəsi tərəfindən bir sıra yardımlar edilir.

Nabran bələdiyyəsinin Tel kəndində yaşayan Səmədov Seymur Nasir oğlu da 44 günlük müharibədə 2 güllə yarası almışdır. Bu qəhramanımız da şəhidin ailəsi kimi hər bayramda xatırlanır, ona yardımlar edilir. Təsadüfü deyil ki, güclü qar yağması nəticəsində onun yaşadığı evin həyətindəki “çardağ aşmışdır və Nabran bələdiyyəsinin yardımı ilə “çardağ” yenidən tikilmişdir.

İndi isə 2022-ci ildə ümumi görülmüş işlər, gəlir və xərclər haqqında məlumatı sizin nəzərinizə çatdırmaq istərdik. Xaçmaz rayonu Nabran Bələdiyyəsi, Nabran İƏD-ərazisində yerləşir. Bələdiyyənin ərazisinə Nabran , Dalğalı ,Şimali , Meşəli , Günəşli , Turist,   Samurçay və Tel kəndləri daxil olur və həmin kəndlərin sərhədləri daxilində 26.03.2000-ci il tarixindən özünüidarəetmə formasında fəaliyyət göstərir.

Bələdiyyə ərazisində 2050 nəfər əhali yaşayır. Coğrafi mövqe üzrə respublikanın Şimal zonasında yerləşib. Bələdiyyə özünün fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Ədliyə Nazirliyi tərəfindən qeydə alınmış 1844 № -li 21 iyun 2000-ci il tarixli Nizamnaməsini rəhbər tutur. Ərazisində yerləşən əhali Aqrar-islahat qanunlarına əsasən özəlləşdirilmiş torpaq sahələrində və həyətyanı torpaq sahələrində çalışır.Həmin torpaqlarda tərəvəz,taxıl,meyvə və heyvandarlıq məhsullarının istehsalı ilə məşğuldurlar.Ondan başqa qeyd etmək olar ki,Nabran ərazisi kurort zona olduğuna görə əhali istirahət düşərgələrində, istirahət evlərində işləyirlər və ticarətlə məşğuldurlar.

2022-ci il fəaliyyət dövründə bələdiyyə üzvlərinin 44 iclası keçirilmişdir. O cümlədən əhali tərəfindən müraciət olunan məktub və şikayətlərə baxılmışdır.

İl ərzində bələdiyyənin büdcə hesabı 55.152 manat vəsait təşkil edir. O cümlədən ilin əvvəlinə olan qalıq 1075 manatdır. İl ərzində gəlirlər 54077 manat təşkil edir.O cümlədən:

Torpaq vergisi –5.234 manat

-        Əmlak vergisi –2.841 manat

-        Torpağın icarəyə verilməsindən – 15.826 manat

-        Torpaq sah. satışından – 18.461 manat

-        Digər gəlirlər –2.997 manat

-        Vergini gecikdirdiyi üçün əlavə hesablanmış faiz məbləği – 521 manat

-        Dövlət tərəfindən ayrılmış dotasiya – 1.970 manat

-        Turizm xidmətlərinə görə ödəniş – 6.227 manat

Xatırlatmaq istərdik ki, 2021-ci il bələdiyyə büdcəsi 25744 manat təşkil etdiyi halda 2022-ci ildə bu rəqəm iki qat artırılaraq 55152 manata qədər çatdırılmışdır. Bu da bələdiyyənin yüksək iç fəaliyyətindən xəbər verir. Bundan başqa bələdiyyə ərazisində fəaliyyət göstərən turizm obyektlərindən “Turizm vergisi” ilk dəfədir ki, yığılmışdır və bu da 2022-ci il üçün bələdiyyə büdcəsinin təxminən 11 %-ni təşkil edir. 2023-cü ildə də bu rəqəmin daha da artırılması gözlənilir/

2022-ci il hesabat dövründə yerli büdcənin xərcləri 50225 manat təşkil edir. Bura aşağıdaki xərclər daxildir:

-        İşçilərin əmək haqqı borcunun ödənilməsinə - 21.027 manat  

-        Dövlət Sosial Müdafiyyə Fonduna köçürülmə - 4.312 manat

-        Tibbi sığorta haqqının ödənilməsi – 615 manat

-        İşsizlik sığorta edənlərin ödənilməsi – 203 manat

-        Nabran bələdiyyəsinin ərazisindəki kəndaxili yolların təmiri – 6.380 manat

-        Nabran kənd tam orta məktəbinin cari təmiri – 1966 manat

-        Bələdiyyə idarə binasının cari təmiri – 2000 manat

-        Tel kənd qəbirstanlığının hasarının tikintisi üşün - 1000 manat

-        Bələdiyyə ərazisində olan təhlükə yaradan ağacların kəsilməsinə görə - 500 manat

-        Bayram tədbirlərinin keçirilməsi- 300 manat

-        Sair xərc - 11922 manat təşkil edir.

Bundan başqa Tel və Nabran kəndləri ərazisində yerləşən qəbirstanlıqlar Nabran bələdiyyəsinin nəzarəti və yerli sakinlərin köməyi ilə tamamilə təmizlənmişdi. Bununla yanaşı Nabran bələdiyyəsi tərəfindən Tel kənd qəbirstanlığının hasarının tikintisi yekunlaşmışdır.

Nabran bələdiyyəsi dənizkənarı sahili təmiz qalması üçün və yay mövsümündə əkinlərin biçimdən qabağ və biçildikdən sonra yanğından qorunması üçün yerli əhali ilə marifləndirici söhbətlər aparmışdır və onlarla birlikdə iməcliklər təşkil edərək ətraf mühiti təmizləmişdir.

Nabran kənd ərazisində yerləşən içməli su xəttində baş vermiş nasazlıqları aradan qaldırmaq üçün Nabran bələdiyyəsinin nəzarəti və Nabran kənd sakinlərinin köməyi ilə lazımı tədbirlər görülərək su xəttində baş vermiş nasazlıqlar aradan götürülmüşdür. İçməli su xəttindən başqa Nabran bələdiyyəsi Tel və Nabran kəndlərində yerli əhalinin köməyi ilə, torpaq sahələdinin suvarılması kanallarını da təmizləmişdir. Bundan başqa Şimali kəndində yollara çınqıl və kəsici daşlarının qarışığı, Tel kəndi və bələdiyyə ərazisinin “Qızılçıxan”adlanan ərazisinə çınqıl daş tökülərək qreyderlə hamarlanmışdır. Nabran bələdiyyəsi ərazisindəki torpaq sahələrində və yollarda evlər üçün qəza vəziyyəti yardan ağacların böyük bir qismi kəsilib götürülmüşdür ki, burda da Nabran bələdiyyəsi yaxından iştirak etmişdir.

Nabran bələdiyyəsinin idarəsinin inzibati binasının cari təmiri, bələdiyyə ərazisindəki məktəblərdəki qəzalı vəziyyətdə olan sinif otaqlarının cari təmiri, və bir sıra bələdiyyə balansında olan tikililərin və binaların əsaslı təmiri, Nabran bələdiyyəsinin 2022-ci ildə görülmüş işləri arasında qeyd etmək olar.

Sonda qeyd etmək lazımdır ki, ümumilikdə 2023-ci ildə görüləcək əsas işlər arasında, yollara çınqıl daşın daşınması və yayılması, bələdiyyə ərazisində olan digər su xətlərinin təmiri və içməli su daşınması çətin olan ərazilərə suyun çəkilməsi o cümlədən ərazidə yerləşən sahələrin suvarılmasında istifadə olunan su kanallarının yerli sakinlərin köməyi və bələdiyyənin nəzarəti ilə təmizlənməsi və bütün bələdiyyə ərazisini təmiz saxlamaq nəzərdə tutulur.

 Xaçmaz rayonu Nabran bələdiyyəsi

ŞƏRHLƏR