sorğu
Xaçmaz rayonu Nabran bələdiyyəsinin bu günlərdə keçirilən iclasında vətəndaş müraciətlərinə baxılmışdır. Daxil olan müraciətlərdən biri isə yaşayış məntəqəsində olan məktəblərin istilik təchizatının yaxşılaşdırılması üçün odun tədarükünə yardım edilməsiylə bağlı olub.
Nabran bələdiyyəsindən verilən məlumata görə, bələdiyyə iclasında Nabran kənd tam orta məktəbində və Tel kənd məktəbində qış mövsümü ilə əlaqədar odun bitdiyi üçün hər iki məktəbin odun tədarükünə yardım edilməsinə müsbət yanaşılmışdir.
Nabran bələdiyyəsi tərəfindən artıq hər iki məktəbi istilik təchizatının yaxşılaşdırılması üçün odunla təmin olunmuşdur.
Belediyye.info