"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax kəndində “Şəhidlər bulağı”nın açılışı olub

--2022-01-08 / 14:38

Bu gün 8 yanvar 2022-ci il tarixdə Muxax bələdiyyəsinin təşəbbüsü ilə inşa edilən kəndin mərkəzi kücəsindəki “Şəhidlər bulağı”nın acılışı olub. Bulağın acılışında Zaqatala RİH başçısı Mübariz Əhmədzadə, rayonun digər təşkilat və müsəsisə rəhbərlərı, şəhid ailələri, qazilər iştirak ediblər. Açılış mərasimində qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən savaşında ordumuz cəbhə xəttində düşmən üzərində həlledici qələbə qazanaraq xalqımıza Böyük Qələbənin sevincini yaşatdı. İllərdən bəri işğalda qalan əzəli torpaqlarımız işğalçılardan təmizləndi. İndi xalqımız, millətimiz qürur, şərəf tarixini yaşayır. Qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi ilə siyasi-iqtisadi və diplomatik uğurlara imza atan Azərbaycan dövləti çox qısa vaxtda peşəkar ordusunu yaradaraq təcavüzkar Ermənistana öz gücünü göstərdi. 44 günlük Vətən müharibəsi qələbəmizin təntənəsi olmaqla yanaşı həm də xalqımızın tarixi-mənəvi dəyərlərini dünyaya nümayiş etdirdi. Xalqımız, millətimiz bir daha dünya birliyi qarşısında mübarizə əzmini, milli birliyini, həmrəyliyini ifadə etdi. Öncə birinci və ikinci Qarabağ savaşında canlarından keçmiş şəhid döyüşçülərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə söz alan kənd ağsaqqalları, ziyalılar, müharibə qaziləri ölkəmizdə müharibə qurbanlarının xatirəsinə göstərilən diqqətə görə dövlət rəhbərliyinə minnətdarlıqlarını dilə gətirdilər. Tədbirin sonunda məktəblilərin hazırladığı bədii kompozisiya təqdim edildi.

Bələdiyyədən daxil olan məlumatda bildirilir ki, şəhidlərimizin ailələrinə diqqət və qayğı ilə yanaşan Muxax bələdiyyəsi bundan sonra da şəhidlərimizin ailələrinə, qazilərimizə qayğını daha da artıracaqdır.

https://www.youtube.com/watch?v=Y-fOjDdOtDI

 

Belediyye.info

ŞƏRHLƏR