"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax kəndində “Şəhidlər bulağı” inşa edilir

--2021-10-22 / 16:53

Zakatala rayonu Muxax bələdiyyə iclasının qərarı ilə kəndin ərazisində “Şəhidlər bulağı”nın tikintisinə başlanılıb.

Bələdiyyədən daxil olan məlumata ğörə, Muxax kəndinin 23 sakini Qarabağ müharibəsində şəhid olub. Şəhidlərin biri Aprel döyüşlərində, ikisi I Vətən müharibəsi dövründə şəhid olub.

Xüsusi memarlıq formasında inşa edilən “Şəhidlər bulağı”nın ətrafınında abadlaşdırılması nəzərdə tutulub. Bulağın ətrafında isə daimi olaraq Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanacaqdır.

Bələdiyyədən bildiriblər ki, bulağın açılışı “8 Noyabr” Qələbə günü ərəfəsində baş tutacaq.

Belediyye.info

ŞƏRHLƏR