"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax kənd sakinlərinə hesabat verildi

--2019-01-26 / 07:10

Zakatala rayon Muxax kənd 2 saylı məktəbin akt zalında Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Muxax bələdiyyə sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaqub Məmmədov, ərazi üzrə xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etdilər. 

Hesabat yığıncağını giriş nitqi ilə açan Zaqatala RİHB-nın Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulkərim Şabanov hesabat yığıncağı barədə məlumat verdi və sonra 2018-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdi.
Abdulkərim Şabanov öz çıxışında 2018-ci il ərzində kənddə uzun illər insanları narahat edən bəzi məsələlərin həll edildiyini bildirdi digər sosial lahiyələrin həyata keçirilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq təkliflər verildiyini həmin təkliflərin də 2019-cu ildə həyata keçiriləcəyini bildirdi.

Sonra hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Muxax bələdiyyəsinin sədri Valeh Abdullayevə verdi.

Bələdiyyə sədri Valeh Abdullayev isə öz çıxışında 2018-ci il ərzində bələdiyyə ərzisində həlli vacib problemlərin əksər hissəsinin həll edildiyini, və bələdiyyə tərəfindən ərazidə bir sıra işlər görüldüyünü və müxtəlif layihələrin həyata keçirildiyini qeyd etdi.

Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən kənd sakinləri məktəbin direktoru Şaiq Qasayev, kənd sakini Nail Damadayev,Məmmədəmin Əliyev,bələdiyyə üzvü komissiya sədri İbrahim Şabanov məruzəyə münasibət bildirdirərək kənddə həlli vacib məsələlərə toxundular.
Sakinlərin qaldırdıqları problemlərə münasibət bildirən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaqub Məmmədov həmin problemlərin həlli istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dövlət qurumları ilə iş aparıldığını və yaxın gələcəkdə dövlət proqramları sayəsində qaldırılan vacib olan işlərin həll ediləcəyini diqqətə çatdırdı.

Sonda 2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Muxax kənd bələdiyyəsi sədrinin hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edilməklə hər iki hesabata qənaətbəxş qiymət verildi.

 Belediyye.info

ŞƏRHLƏR